Qax rayonunun yeni icra başçısı - DOSYE

Qax rayonunun yeni icra başçısı - DOSYE
Kateqoriya məlum deyil
T

Xəbər verdiyimiz kimi, bu gün Prezident İlham Əliyevin imzaladığı Sərəncama əsasən Elvin Nazim oğlu Paşayev Qax Rayon İcra Hakimiyyətinin başçısı təyin edilib.

 

Sfera.az xəbər verir ki, 1983-cü ildə anadan olan Elvin Paşayev orta təhsilini Şirvan şəhər M.B.İsrailov adına 18 nömrəli təbiət-humanitar təmayüllü məktəbdə alıb.

 

2000-2004-cü illərdə Bakı Dövlət Universitetinin Tarix fakültəsində Regionşünaslıq ixtisası üzrə bakalavr təhsilinə yiyələnib. 2004-2005-ci illərdə Azərbaycan Respublikasının Ordu sıralarında qulluq edərək həqiqi hərbi xidmət keçib.

 

O, 2005-2007-ci illərdə Bakı Dövlət Universitetində magistr təhsili alıb, 2007-2009-cu illərdə Dövlət İqtisad Universitetində Maliyyə və Kredit ixtisası üzrə təhsilini davam etdirib. 2021-2022-ci illərdə İsveçin Lund Universitetində “Dövlət sektorunda innovasiya”, “Şəhər idarəetməsində innovasiya və təbiət əsaslı həllər” proqramı üzrə təhsil alıb. Çin Xalq Respublikası, Polşa  Respublikası Lex Kaçinski adına İdarəçilik Akademiyası,  Estoniya Respublikası Şərq Tərəfdaşlıq Mərkəzi və s. kimi tədris müəssisələrində təkmilləşdirmə və ixtisasartırma kurslarından məzun olmuşdur. 2021-ci ildə ABŞ-ın Layihələrin İdarəedilməsi İnstitutunun PMP (Layihələrin idarəedilməsi üzrə peşəkar) beynəlxalq sertifikatını əldə edib. 2012-2016-ci illərdə Azərbaycan Milli Elmlər Akademiyasının Bakıxanov adına Tarix İnstitutunun doktorantı olub.

 

Elvin Paşayev 2003-cü ildə Bakı 1 saylı şəhər Klinik Xəstəxanasında  Kadrlar şöbəsində müfəttiş vəzifəsi ilə əmək fəaliyyətinə başlayıb. 2006-2012-ci illərdə Azərbaycan Respublikası Əmək və Əhalininin Sosial Müdafiəsi Nazirliyi, Əhalinin Sosial Müdafiəsi Mərkəzində baş məsləhətçi, sonra Nazirliyin Aparatında Kadrlar şöbəsində baş məsləhətçi və sektor müdiri kimi fəaliyyət göstərib. 2012-2018-ci illərdə Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi Aparatının İnsan resursları və təlim şöbəsinin müdir müavini, daha sonra şöbə müdiri vəzifəsində çalışıb. 2018-2022-ci illərdə Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi Aparatının İnsan resurslarının idarəedilməsi şöbəsinin müdiri və həmin nazirlikdə - Aparat rəhbərinin müavini, İnsan resurslarının İdarə edilməsi və Elm, təhsil və İnsan resursları şöbələrinin müdiri vəzifələrində çalışıb. Bununla yanaşı Elvin Paşayev 2014-2019-cu illərdə Azərbaycan Respublikasının Prezidenti yanında İdarəçilik Akademiyasında saat hesabı müəllim kimi də fəaliyyət göstərib.

 

O, Azərbaycan İnsan Resursları Assosiasiyası İctimai Birliyinin (AİRA) təsisçilərindən biridir.

 

2002-ci ildən Yeni Azərbaycan Partiyasının üzvüdür. Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 23 iyun tarixli 2116 saylı Sərəncamı ilə “Dövlət qulluğunda fərqlənməyə görə” medalı ilə təltif olunmuşdur. Dövlət qulluğunun Baş müşaviridir.

 

Elvin Paşayev 2020-ci ildə “Tərəqqi” medalı ilə təltif olunub.

 

Ailəlidir, 3 övladı var.

 

Qeyd edək ki, E.Paşayev 2022-ci ildən Göygöl Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsini icra edirdi.

 

Firuzə Əliyeva 
Sfera.az

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR