Göygölün yeni icra başçısı kimdir? - DOSYE

Xəbər verdiyimiz kimi, Prezident İlham Əliyev Vüqar Novruzovu Göygöl Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsinə təyin edib.
Sfera.az xəbər verir ki, V. Novruzov əmək fəaliyyətinə 2002–2003-cü illərdə Azərbaycan Respublikasının Hesablama Palatasının Təşkilat şöbəsində böyük mütəxəssis kimi başlayıb.
2003–2007-ci illərdə Hesablama Palatasında böyük mütəxəssis, məsləhətçi, aparıcı məsləhətçi və sektor müdiri vəzifələrində çalışıb.
2007–2019-cu illərdə isə Azərbaycan Respublikası Prezident Administrasiyasının Ərazi-təşkilat məsələləri şöbəsində məsləhətçi və baş məsləhətçi kimi fəaliyyət göstərib.
Yeni Azərbaycan Partiyasının üzvü olan Vüqar Novruzov 27 sentyabr 2019-cu il tarixli 107 nömrəli əmrə əsasən Bakı şəhəri Xəzər Rayon İcra Hakimiyyəti başçısının müavini vəzifəsinə təyin edilib.
O, dövlət qulluğunun baş müşaviridir, ailəlidir və üç övladı var.
Fidan
Sfera.az






