Kürdəmirin yeni icra başçısı kimdir? – DOSYE

Kürdəmir Rayon İcra Hakimiyyətinə yeni icra başçısı təyin edilib.
Sfera.az xəbər verir ki, Prezident İlham Əliyev bu barədə sərəncam imzalayıb.
Sərəncama əsasən, Elşən Nazim oğlu Həsənli Kürdəmir Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsinə təyin edilib.
Qeyd edək ki, Elşən Həsənli 1986-cı ildə Yevlax şəhərində anadan olub. 2006-cı ildə Azərbaycan Respublikası Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının “İnzibati idarəetmə” ixtisası üzrə bakalavr səviyyəsini, 2019-cu ildə isə həmin akademiyanın “Davamlı inkişafın planlaşdırılması” ixtisası üzrə magistratura səviyyəsini bitirib. 2012–2014-cü illərdə Bakı şəhəri Suraxanı Rayon İcra Hakimiyyəti başçısının aparatında baş məsləhətçi vəzifəsində çalışıb. 2014–2022-ci illərdə Sabunçu Rayon İcra Hakimiyyəti başçısının aparatında Sosial-iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsinin müdiri kimi fəaliyyət göstərib.
2022-ci ilin dekabr ayında Sabunçu Rayon İcra Hakimiyyəti başçısının müavini, 2025-ci ilin aprel ayından isə birinci müavin vəzifəsinə təyin olunub.
Bəsti
Sfera.az






