Nəsimi Rayonunun yeni icra başçısı kimdir? – DOSYE

Nəsimi Rayonunun yeni icra başçısı kimdir? – DOSYE
Kateqoriya məlum deyil
T

Nəsimi Rayon İcra Hakimiyyətinə yeni icra başçı təyin edilib. 


Sfera.az xəbər verir ki, Prezident İlham Əliyev bununla bağlı sərəncam imzalayıb.


Sərəncama əsasən, Elxan Oqtay oğlu İbrahimov Bakı şəhəri Nəsimi Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsinə təyin edilib.


Qeyd edək ki, Elxan İbrahimov 2006-cı ildə Azərbaycan Kooperasiya Universitetində müəllim kimi əmək fəaliyyətinə başlayıb. Daha sonra o, “Holiday Inn Baku Airport” otelində, “Baker Tilly” audit şirkətində, “Embawood” şirkətlər qrupunda və digər holdinqlərdə maliyyə sahəsi üzrə rəhbər vəzifələrdə çalışıb.


2020-ci ilin aprel ayından Şamaxı Rayon İcra Hakimiyyəti Başçısı Aparatında başçının müavini, sosial-iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsinin müdiri vəzifəsində fəaliyyət göstərib.


Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 18 fevral 2022-ci il tarixli sərəncamı ilə Elxan İbrahimov Kürdəmir Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsinə təyin olunmuşdu.


Elxan İbrahimov Yeni Azərbaycan Partiyasının üzvüdür.


Bəsti
Sfera.az

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR