Logo

Rusiyada “Vətənpərvərlik haqqında” qanun qəbul ediləcək

Rusiyada "Vətənpərvərlik haqqında" qanun qəbul ediləcək
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

Yaxın vaxtlarda Rusiyada “Vətənpərvərlik haqqında” qanun qəbul ediləcək.

Bu barədə Rusiya Prezident Administrasiyasının ictimai proseslərin monitorinqi və təhlili idarəsinin rəhbəri Aleksandr Xariçev məlumat verib.

Sfera.az Bizim.Media-ya istinadən xəbər verir ki, həmin qanuna əsasən, bütün dövlət orqanları, təhsil müəssisələri və qurumlar vətəndaşlarda müvafiq dünyagörüşünü formalaşdırmaq öhdəliyi daşıyacaqlar.

Vətənpərvərlik təbii ki, hər zaman aktual mövzu olub. Ancaq bu hissin inzibati yolla cəmiyyətə ötürülməsi isə bir qədər qəribə səslənir.

Bəs Azərbaycanda “Vətənpərvərlik haqqında” qanunun qəbuluna ehtiyac varmı?

Məsələ ilə bağlı millət vəkili Fazil Mustafa açıqlamasında bildirib ki, Azərbaycanda belə bir qanunun qəbuluna ehtiyac yoxdur:

“Əgər sağlam insan yetişdirirsənsə, o adam əsl vətənpərvər olur.

Öz peşəsində vicdanlı olan şəxs əsl vətənpərvərdir. Təhsil sistemimiz də məhz bu cür insan hazırlamalıdır. Çalışmalıyıq ki, tərbiyəli, mədəni və savadlı nəsil yetişdirək.

Belə nəsil hökmən vətənpərvər olacaq. Bunun üçün inzibatçılığa, hansısa qanunun qəbuluna ehtiyac yoxdur”.

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR