Logo

"Bu, Azərbaycanla Ermənistan arasında olan məsələlərin həllinə kömək olacaq"-Paşinyan

"Bu, Azərbaycanla Ermənistan arasında olan məsələlərin həllinə kömək olacaq"- Paşinyan
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

Vaşinqtonun Azərbaycanla razılaşmalarının həyata keçirilməsi logistik maneələri aradan qaldıra və Aİİ ilə Mərkəzi Asiya ölkələri arasında yeni ticarət yolları aça bilər.

Sfera.az xəbər verir ki, bunu Ermənistanın Baş naziri Nikol Paşinyan “Orbeli Forumu 2025”də bildirib. Baş nazir bildirib ki, Ermənistanla Azərbaycan arasında Vaşinqton sazişləri təkcə ikitərəfli münasibətlər üçün deyil, həm də Avrasiya İqtisadi İttifaqı (Aİİ) ölkələri üçün yeni perspektivlər yaradır. P

Paşinyan Prezident İlham Əliyevin Ermənistana yük tranziti üçün Azərbaycan ərazisini açmağa hazır olması və Qazaxıstanın ilk yüklərinin göndərilməsi ilə bağlı son bəyanatını qeyd edib. Baş nazirin sözlərinə görə, bu, avqustun 8-də Vaşinqtonda əldə olunmuş razılaşmaların praktiki şəkildə həyata keçirilməsinin nümunəsidir.

"Bir çoxları bu proseslərin Aİİ-nin maraqlarına zidd olduğunu iddia edir. Amma fakt odur ki, Avrasiya İttifaqının iki ölkəsi arasında bu sazişlərə qədər mümkün olmayan şeylər Vaşinqton razılaşmalarından sonra mümkün olub. Bu onların verdiyi üstünlüklərin bariz nümunəsidir", - Paşinyan bildirib.

Baş nazir əlavə edib ki, Özbəkistan üçün də oxşar imkanlar aça bilər. O, bəyan edib ki, Ermənistan Mərkəzi Asiya ölkələri ilə həm siyasi, həm də iqtisadi əlaqələri dərinləşdirməyə çalışır, lakin logistik problemlər qalmaqdadır.

"Ermənistan və Azərbaycan arasında razılaşmaların həyata keçirilməsi bu məsələlərin həllinə kömək edəcək. Bu, Ermənistanla Mərkəzi Asiya ölkələri arasında iqtisadi əlaqələrin genişləndirilməsinə aparan yoldur – bu, təsdiq edilə bilən əsasa malik bir faktdır", - o vurğulayıb.

Paşinyan onu da xatırladıb ki, Ermənistan artıq Türkiyə ilə Azərbaycan arasında Marqara-Xndzoresk marşrutu üzrə avtomobil daşımaları üçün imkanlar yaratmağa hazır olduğunu bildirib.

Bundan əvvəl İlham Əliyev Azərbaycanın Ermənistana yük tranzitinə qoyulan bütün məhdudiyyətləri aradan qaldırdığını bəyan edib. Onun sözlərinə görə, ilk belə tranzit yük Ermənistana Qazaxıstan taxılı olub. Əliyev həmçinin bəyan edib ki, İrəvanla Bakı arasında “sülh mərhələsi başlayıb”.

Ermənistanın baş naziri Nikol Paşinyanın ofisi artıq Əliyevin qərarını alqışlayıb. Daha sonra iqtisadiyyat naziri Gevork Papoyan bəyan edib ki, ilk yük Xəzər dənizi üzərindən Aktau-Bakı marşrutu ilə Ermənistana, daha sonra isə Azərbaycan-Gürcüstan dəmir yolu ilə Ermənistana gələcək.

Firuzə Əliyeva

Sfera.az

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR