"Azərbaycan və Özbəkistanın xalqları qədimdən dost olublar" - Əbdulhakim Eşmuratov

"Azərbaycan və Özbəkistanın xalqları qədimdən dost olublar" - Əbdulhakim Eşmuratov
Kateqoriya məlum deyil
T

Azərbaycan və Özbəkistanın xalqları qədimdən dost olublar.

 

Sfera.az xəbər verir ki, bunu Özbəkistan Ali Məclis Senatının Məhkəmə-Hüquq məsələləri və korrupsiyaya qarşı mübarizə komitəsinin sədri Əbdulhakim Eşmuratov bu gün keçirilən Azərbaycan Respublikası Konstitusiyasının qəbul edilməsinin 30 illiyinə həsr olunmuş Beynəlxalq Parlament Konfransında deyib.

 

Ə.Eşmuratov qeyd edib ki, Nizami Gəncəvi və Əlişir Nəvainin əsərləri bu dostluğun sübutudur:

 

"Ölkələr arasındakı münasibətlər davamlı inkişaf etdirilir. Xüsusilə, gənc deputatlar və qadınların iştirakı dəstəklənir. Bu qardaşlıq münasibəti sadəcə iki dövlət yox, bütün dünyanın xeyrinə xidmət edir. Qardaş Azərbaycan həmişə çiçəklənsin, Azərbaycan-Özbəkistan dostluğu əbədi olsun!".

 

Firuzə Əliyeva

Sfera.az

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR