"Qarabağ qələbəsi Türk dünyası üçün də böyük hadisədir" - Hasan Turan

Bu əsas sənəd Azərbaycanın müasir sivilizasiyalar arasında Şərqdə özünəlayiq yer tutmasının göstəricisidir.
Sfera.az xəbər verir ki, bunu Türkiyə Böyük Millət Məclisinin Bürosunun üzvü Hasan Turan bu gün keçirilən Azərbaycan Respublikası Konstitusiyasının qəbul edilməsinin 30 illiyinə həsr olunmuş Beynəlxalq Parlament Konfransında deyib.
H.Turan qeyd edib ki, 44 günlük Vətən müharibəsinin sonunda əldə edilən Qarabağ qələbəsi Türk dünyası üçün də böyük hadisədir:
"Ermənistanla sülhlə bağlı aparılan danışıqları alqışlayırıq. Bundan sonra da ümid edirik ki, Azərbaycan sülh və rifah içində olacaq. Azərbaycana verdiyimiz dəstəyimizi də davam etdirəcəyimizi vurğulamaq istəyirəm. Bu gün "iki dövlət bir millət" anlayışı reallığa çevrilib. TDT bu əməkdaşlığın institusional tərəfini inkişaf etdirməkdədir. TDT-nin XII zirvə görüşünün əhəmiyyətli nəticə verəcəyini də gözləyirik" .
Hasan Turan sonda əlavə edib:
"B.Vahabzadənin "bir ananın iki oğlu, bir çinarın iki qolu" ifadəsindən yola çıxaraq bu çinarın sağlam qalması üçün birlikdə çalışmağa davam edəcəyik".
Firuzə Əliyeva
Sfera.az






