Sot Vonq Tramp və Əliyevə təşəkkür etdi

"Bu əlamətdar gün münasibətilə Azərbaycan parlamenti və xalqını səmimi qəlbdən təbrik edirəm".
Sfera.az xəbər verir ki, bunu Kamboca Milli Assambleyasının sədrinin ikinci müavini Sot Vonq bu gün keçirilən Azərbaycan Respublikası Konstitusiyasının qəbul edilməsinin 30 illiyinə həsr olunmuş Beynəlxalq Parlament Konfransında deyib.
"Bu konfransın mövzusu bizə xatırladır ki, konstitusiya sadəcə ali qanun deyil. Bu, davamlı inkişafı təmin edən təməldir. Fürsətdən istifadə edərək İlham Əliyevin cəsarətli liderliyini alqışlamaq istəyirəm. O Azərbaycanın ərazi bütövlüyünü və sürətli inkişafını təmin edib. Kamboca və Azərbaycan Respublikası oxşar tarixi keçib. Hər iki xalq sülh və təhlükəsizlik əldə etməmişdən əvvəl çətinliklərlə üzləşib. Son 20 ildə sülhə görə təşəkkürlər ifadəsi Kamboca xalqının əsas sözlərindən birinə çevrilib",- Sot Vonq qeyd edib.
O, ABŞ Prezidenti D.Trampa da Kamboca və Tailand arasında sülh sazişinin imzalanmasında vasitəçiliyinə görə təşəkkür edib.
Firuzə Əliyeva
Sfera.az






