Rumıniya Parlament Senatının sədri Azərbaycana əməkdaşlıq təklif etdi

Kateqoriya məlum deyil
T
"Bu gün burada iştirakım iki parlament arasındakı dostluğun göstəricisidir".
Sfera.az xəbər verir ki, bunu Rumıniya Parlament Senatının sədri Mirça Abrudean bu gün keçirilən Azərbaycan Respublikası Konstitusiyasının qəbul edilməsinin 30 illiyinə həsr olunmuş Beynəlxalq Parlament Konfransında deyib.
Abrudean nəzərə çatdırıb ki, ASAN Xidmət modelinin Rumınıyada tətbiqinə başlanılıb. O, digər əməkdaşlıq sahələrinə də toxunub:
"Bundan başqa süni intellekt, kibertəhlükəsizlik sahəsində işçi qrupu yarada bilərik. Enerji sahəsi də olduqca vacibdir, biz Qara dənizdə birlikdə işlər görürük. Biz beynəlxalq hüququ dəstəkləyirik. Cənubi Qafqazda sabitlik hamının xeyrinədir".
Firuzə Əliyeva
Sfera.az






