Pakistan senatının sədri İlham Əliyevə təşəkkür etdi

Pakistan senatının sədri İlham Əliyevə təşəkkür etdi
Kateqoriya məlum deyil
T

"Burada Pakistan senatını təmsil etmək böyük şərəfdir. Burada olmaqdan böyük məmnunluq duyuram. Öz heyətim adından xanım spiker sizə qarşılama və qonaqpərvərliyə görə təşəkkür edirəm".

 

Sfera.az xəbər verir ki, bunu Pakistan senatının sədri Syed Yusuf Raza Gilani bu gün keçirilən Azərbaycan Respublikası Konstitusiyasının qəbul edilməsinin 30 illiyinə həsr olunmuş Beynəlxalq Parlament Konfransında deyib.

 

O qeyd edib ki, hazırda mürəkkəb çağırışların olduğu dünyada yaşamaqdayıq:

 

"Konstitusiya mütləq dövlət və xalq arasında təməl körpü rolunu oynamaqdadır. Dövlətlərdə hər zaman səlahiyyətli orqanlar insanlar qarşısında cavabdeh olublar. Azərbaycan haqqında bir məqamı nəzərə çatdırmaq istəyirəm. Cənab İlham Əliyevin diqqəti ilə milli birlik, kimlik, sadiqlik ölkədə formalaşıb. Buna görə Azərbaycanı təbrik edirəm. Azərbaycanda konsitusiya ili elan edilməsi öz dəyərlərinə sadiqlik nümunəsidir. Ulu Öndər Heydər Əliyevə də öz təşəkkürümü bildirirəm. Bu cəmiyyətin qurulmasının banisi məhz o olmuşdur".

 

Pakistan senatı vurğulayıb ki, Azərbaycan, Pakistan və Türkiyə 3 dövlət, 1 millətdir.

 

Firuzə Əliyeva

Sfera.az

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR