"Bu gün parlament diplomatiyası ən mühüm gücə çevrilib" - Sahibə Qafarova

"Bu gün parlament diplomatiyası ən mühüm gücə çevrilib" - Sahibə Qafarova
Kateqoriya məlum deyil
T

Azərbaycan dövlətçiliyinin tarixi ağır sınaqlar və parlaq qələbələr görüb.

 

Sfera.az xəbər verir ki, bunu Milli Məclisin spikeri Sahibə Qafarova bu gün keçirilən Azərbaycan Respublikası Konstitusiyasının qəbul edilməsinin 30 illiyinə həsr olunmuş Beynəlxalq Parlament Konfransında deyib.

 

Sədr Azərbaycan Konstitusiyasının keçdiyi yoldan danışıb:

 

"Ulu Öndər Heydər Əliyevin rəhbərliyi ilə 1995-ci ildə qəbul edilmiş konstitusiya xalqın suverenliyi, qanun aliliyi, hakimiyyət bölgüsü prinsiplərini təmin etdi.Heydər Əliyevin siyasətini davam etdirən prezident İlham Əliyev sayəsində 2020-ci ilin Vətən müharibəsi və 2023-cü ildə baş verən antioerror əməliyyatı nəticəsində ölkəmiz öz suverenliyi və ərazi bütövlüyünü bərpa etdi. Cari ilin avqust ayında Vaşinqtonda birgə bəyannamə imzalanıb və sülh sazişi paraflanıb.

 

Azərbaycan Respublikasının Konstitusiyası xalqımızın azadlıq əzmini əks etdirir, cəmiyyətin sabit inkişafına kömək göstərir. Bu gün parlament diplomatiyası ən mühüm gücə çevrilib. Birgə səylərlə dünyadakı sülhü möhkəmləndirmək mümkündür. Konstitusiya prinsipləri beynəlxalq əlaqələrdə etimadın gücləndirilməsinə şərait yaradır. Azərbaycan da bu yanaşmanı həyata keçirir".

 

S.Qafarova sonda konfrans iştirakçılarına arzularını çatdırıb:

 

"Ümid edirəm ki, konfransımız sülh, ədalət, dövlətlərin rifahı naminə qarşılıqlı dialoq çərçivəsində keçəcək. Konfransın bütün iştirakçılarına səmərəli iş və maraqlı diskussiyalar arzulayıram".

 

Firuzə Əliyeva

Sfera.az

 

Gallery image 1
Gallery image 2
Gallery image 3
Gallery image 4
Gallery image 5
Thumbnail 1
Thumbnail 2
Thumbnail 3
Thumbnail 4
Thumbnail 5
PAYLAŞ

OXŞAR XƏBƏRLƏR