Logo

Mehdiyevin yolunu tutanlar - SƏLƏFLƏR VƏ XƏLƏFLƏR

Mehdiyevin yolunu tutanlar - SƏLƏFLƏR VƏ XƏLƏFLƏR
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

Son günlər ölkə gündəmində Prezident Administrasiyasının sabiq rəhbəri Ramiz Mehdiyevin barəsində irəli sürülən ittihamlar müzakirə olunur. Məlumata görə, Mehdiyevə qarşı Cinayət Məcəlləsinin 274 (dövlətə xəyanət), 278 (hakimiyyəti zorla ələ keçirmə və ya onu zorla saxlama) və 193-1 (cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin leqallaşdırılması) maddələri üzrə ittihamlar irəli sürülüb. 2025-ci il oktyabrın 15-də Səbail Rayon Məhkəməsi onun barəsində 4 aylıq ev dustaqlığı qətimkan tədbiri seçib. Bu hadisə ölkə tarixində yüksək vəzifə tutmuş bir şəxsin belə ağır maddələrlə ittiham olunması baxımından istisna hal sayılır. Siyasi müşahidəçilər hesab edirlər ki, Mehdiyevin məhkəmə prosesi müasir Azərbaycan tarixinin ən səs-küylü məhkəmə işlərindən birinə çevrilə bilər. Azərbaycan dövlətçiliyinin tarixi göstərir ki, şəxsi maraqlar və siyasi ambisiyalar nə qədər güclü olsa da, xalqın iradəsi və dövlətin dayaqları bundan qat-qat möhkəmdir. Müstəqil Azərbaycan bu sınaqlardan keçərək sabitlik və milli birliyə əsaslanan inkişaf yolunu davam etdirir

Azərbaycan müstəqillik əldə etdiyi 1991-ci ildən bu günə qədər bir neçə dəfə hakimiyyətin zorla ələ keçirilməsi və daxili xəyanət təhlükəsi ilə üz-üzə qalıb. Tarix göstərir ki, bu hadisələrin kökündə bəzən şəxsi maraqlar, bəzən xarici qüvvələrin təsiri, bəzən isə siyasi qarşıdurmalar dayanıb.

Sfera.az xəbər verir ki, Sovet İttifaqının süqutundan sonra ölkədə hakimiyyəti ələ keçirmək və ya siyasi sistemə təsir göstərmək istəyən bir sıra şəxslər ön plana çıxmışdı.

1993-cü ilin iyununda Azərbaycan ən ciddi çevriliş təhlükəsi ilə üzləşdi. Həmin vaxt Baş nazirin müavini və Gəncə qarnizonunun komandanı olan Surət Hüseynov silahlı qiyam qaldıraraq Gəncədə dövlət orqanlarını ələ keçirdi və ordusunu Bakıya doğru yönəltdi.

Mehdiyevin yolunu tutanlar - SƏLƏFLƏR VƏ XƏLƏFLƏR

Nəticədə Prezident Əbülfəz Elçibəy paytaxtı tərk etmək məcburiyyətində qaldı. Yaranan böhrandan sonra Heydər Əliyev hakimiyyətə gələrək ölkədə siyasi sabitliyi bərpa etdi. Hüseynov daha sonra dövlət çevrilişinə cəhd ittihamı ilə həbs olundu və uzun müddət azadlıqdan məhrum edildi.

Həmin dövrdə Müdafiə Naziri vəzifəsini icra edən Rəhim Qazıyev də hadisələrdə əsas fiqurlardan biri sayılırdı.

Mehdiyevin yolunu tutanlar - SƏLƏFLƏR VƏ XƏLƏFLƏR

O, Gəncə qiyamından sonra ölkəni tərk edərək Rusiyaya qaçdı. Daha sonra dövlətə xəyanət və səhlənkarlıq ittihamları ilə barəsində cinayət işi açıldı və 1996-cı ildə Azərbaycana gətirilərək həbs edildi.

Elə həmin ilin avqustunda sabiq müdafiə nazirinin müavini Əlikram Hümbətov Lənkəranda özünü “Talış-Muğan Muxtar Respublikasının prezidenti” elan etdi. Hümbətov silahlı dəstələrlə bölgədə dövlət orqanlarını ələ keçirməyə çalışdı.

Mehdiyevin yolunu tutanlar - SƏLƏFLƏR VƏ XƏLƏFLƏR

Onun bu addımı Azərbaycan hökuməti tərəfindən dövlətə xəyanət kimi qiymətləndirildi və Hümbətov ölkə vətəndaşlığından çıxarıldı. Bu hadisə ölkə tarixində ərazi bütövlüyünə qarşı ilk açıq separatçılıq aktı kimi yadda qaldı.

1992–1995-ci illərdə Xüsusi Təyinatlı Polis Dəstəsinin (OMON) komandiri olmuş Rövşən Cavadov isə ölkənin ən nüfuzlu güc strukturlarından birinə rəhbərlik edirdi.

Mehdiyevin yolunu tutanlar - SƏLƏFLƏR VƏ XƏLƏFLƏR

1995-ci ilin martında onun rəhbərlik etdiyi dəstənin buraxılması barədə əmr verildi, lakin Cavadov bu əmri tanımadı. Nəticədə silahlı qarşıdurma baş verdi. Martın 16-dan 17-nə keçən gecə paytaxtın 8-ci kilometr qəsəbəsində baş verən döyüşdə 30-dan çox insan həlak oldu, 100-dən artıq şəxs yaralandı. Rövşən Cavadov aldığı yaradan DİN hospitalında vəfat etdi. Bu hadisə dövlət strukturları daxilində yaranmış silahlı qarşıdurma kimi tarixə düşdü və OMON fəaliyyətini dayandırdı.

2005-ci ilin parlament seçkiləri ərəfəsində isə yenidən çevriliş iddiaları gündəmə gəldi. Sabiq Səhiyyə Naziri Əli İnsanov, keçmiş maliyyə naziri Fikrət Yusifov və “Azərkimya” Dövlət Şirkətinin sabiq prezidenti Fikrət Sadıqov da hakimiyyəti zorla ələ keçirməyə hazırlaşmaqda ittiham olundular.

Mehdiyevin yolunu tutanlar - SƏLƏFLƏR VƏ XƏLƏFLƏR

(fotoda Əli İnsanov)

Mehdiyevin yolunu tutanlar - SƏLƏFLƏR VƏ XƏLƏFLƏR

(fotoda Fikrət Sadıqov)

Mehdiyevin yolunu tutanlar - SƏLƏFLƏR VƏ XƏLƏFLƏR

(fotoda Fikrət Yusifov)

Qeyd edək ki, mətbuatda gedən yazılara görə, Fikrət Sadıqov Milli Məclisin ən imkanlı deputatlarından olub. 2005-ci ildə o, dövlət çevrilişinə cəhddə ittiham olunaraq vəzifədən çıxarılıb, bir neçə gün istintaq təcridxanasında saxlanıldı, sonra isə ev dustağı edildi.

Əli İnsanova isə 2005-ci ilin 20 oktyabrında keçmiş Səhiyyə Naziri Əli İnsanov parlament seçkiləri ərəfəsində hakimiyyəti zorla ələ keçirməyə hazırlıq və kütləvi iğtişaşların təşkili ittihamları ilə həbs edildi.

Sonradan ona qarşı vəzifə səlahiyyətlərindən sui-istifadə və iqtisadi cinayətlər ittihamları da irəli sürüldü. 2007-ci ilin aprelində məhkəmənin hökmü ilə 11 il müddətinə azadlıqdan məhrum edildi. 2019-cu ilin 16 martında Prezidentin əfv sərəncamı ilə azadlığa buraxıldı. Elə həmin ilin noyabrında “Haqq Ədalət” Partiyasını təsis etdiyini elan etdi və 2020-ci il yanvarın 25-də keçirilən qurultayda partiyanın sədri seçildi. Hazırda Əli İnsanov siyasətdə fəaliyyətini davam etdirir.

Həmin dövrdə İqtisadi İnkişaf Naziri olmuş Fərhad Əliyev də “hakimiyyəti zorla ələ keçirməyə hazırlıq” ittihamı ilə həbs olunub. O, eyni zamanda korrupsiya və mənimsəmə əməllərində günahlandırıldı.

Mehdiyevin yolunu tutanlar - SƏLƏFLƏR VƏ XƏLƏFLƏR

Bir müddət sonra əfv edilən Fərhad Əliyevin işi 2000-ci illərin ən səs-küylü siyasi proseslərindən biri kimi yadda qalıb.

Bütün bu hadisələr Azərbaycan dövlətçiliyinin tarixində mühüm dönəmləri əks etdirir. Hər bir belə sınaq ölkənin siyasi sisteminin möhkəmlənməsinə, hüquq prinsiplərinin güclənməsinə və ictimai nəzarətin artmasına səbəb olub. Bu gün Ramiz Mehdiyev işi də həmin proseslərin davamı kimi dəyərləndirilir. Belə ki, keçmişdə yüksək vəzifə tutmuş şəxslərin belə, qanun qarşısında məsuliyyət daşıması cəmiyyətin ədalətə inamını gücləndirir.

Bəsti Rəfizadə

Sfera.az

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR