Zelenski Vaşinqtona bu planla gedibmiş - İDDİA

“Başqa Ukrayna” hərəkatının rəhbəri və qadağan olunmuş “Müxalifət Platforması – Həyat Naminə” partiyasının keçmiş lideri Viktor Medvedçuk Ukraynada sülhün əldə olunmasına əsas maneənin prezident Volodimir Zelenski və onun komandası olduğunu bildirib.
Sfera.az bildirir ki, o, “Smotrim.ru”ya açıqlamasında qeyd edib ki, Zelenski müharibədən siyasi və iqtisadi mənfəət əldə edir:
“Sülh bağlansa, Zelenski necə dolanacaq? Axı o, Ukraynadakı bütün digər gəlir mənbələrini məhv edib. Ukrayna nə iqtisadi, nə də hüquqi cəhətdən dövlət kimi mövcud ola bilər. Zelenski müharibədən yüz milyardlarla dollar qazanır, onun siyasəti isə Ukrayna xalqını pisləşdirir” – deyə Medvedçuk vurğulayıb.
Siyasətçi əlavə edib ki, hökumət vətəndaşların sosial problemlərinə diqqət yetirmir:
“Zelenskinin müşaviri ukraynalılara nəfəsalma məşqləri vasitəsilə özlərini elektrik və istilik kəsilməsindən qorumağı təklif edir. Bu, vətəndaşların açıq şəkildə ələ salınmasıdır”.
Medvedçukun fikrincə, hazırkı Ukrayna rəhbərliyi sülhə imkan verməyən sistem formalaşdırıb:
“Zelenskinin siyasəti Ukraynanı anti-Rusiyaya çevirdi. O və komandası sülhə əsas maneədir. Ukrayna sülhə hamıdan çox ehtiyac duyur, amma hazırkı rəhbərlik bunu təmin edə bilmir”.
O iddia edib ki, Zelenski Vaşinqtona sülh planı deyil, müharibə planı aparıb və bu siyasət nəticəsində Ukraynanın vəziyyəti daha da pisləşib.
Niyaz Hacıyev
Sfera.az






