Paşinyan Əliyevə təşəkkür etdi

Paşinyan Əliyevə təşəkkür etdi
Kateqoriya məlum deyil
T

 

Ermənistanın Baş naziri Nikol Paşinyan Azərbaycan Prezidenti İlham Əliyevə yüklərin Ermənistana tranzitinə qoyulan qadağanı aradan qaldırdığına görə təşəkkür edib.

 

Sfera.az xəbər verir ki, o bunu Tbilisidə keçirilən forumda çıxışı zamanı bildirib.

 

"Azərbaycan mühüm addım atıb. Azərbaycan artıq öz ərazisindən bizə yüklərin tranzitinə qoyulan məhdudiyyətləri aradan qaldırır. Prezident Əliyev dünən bu barədə məlumat verib. Mən ona bu qərara görə təşəkkür edirəm və bu təşəbbüsü alqışlayıram. Bir neçə ay əvvəl bu heç kimin ağlına gəlməyən bir şey olardı"- deyə Paşinyan bildirib.

 

Qeyd edək ki, Azərbaycan üzərindən Ermənistana, sonra isə Gürcüstana gedən ilk tranzit yük, Paşinyanın qeyd etdiyi kimi, Qazaxıstandan buğda olacaq.

 

Niyaz Hacıyev

Sfera.az

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR