Hakan Fidanın Ərdoğana gecə zəngi - VİDEO

Türkiyə Xarici işlər naziri Hakan Fidan Ülke TV-də yayımlanan verilişlərin birində cənab Rəcəb Tayyip Ərdoğanın iş qrafikindən danışıb.
Sfera.az bildirir ki, Fidan proqramda Rəcəb Tayyib Ərdoğanın iş qrafikini açıqlayıb.
Aparıcının: “Cənab Ərdoğanla işləmək çox çətindir. Məsələn, heç gecə saat 2-də, 3-də zəng edib, “yatırsan” deyə soruşduğu olubmu” - sualına Hakan Fidan:
“Prezidentimiz 7/24 saat öz vəzifəsi ilə məşğuldur. Həftənin hər günü, ilin hər vaxtı vəzifəsinin başındadır. Hansı məsələ ilə bağlı müraciət etməkdən asılı olmayaraq, vaxta etirazı yoxdur. O, hər zaman hazırdır və tapşırığın üzərində cəmləşib".
"Xüsusən də kəşfiyyatda olduğum müddətdə fövqəladə hallar olurdu və biz onu gecələr yuxudan oyatmalı olurduq. Neçə dəfə bunu etdiyimi xatırlamıram. O, həmişə telefona cavab verir və heç vaxt "Niyə oyatdınız?" demir. Böyük-kiçik dövlət məsələsi yoxdur, hər bir məlumatı eyni ciddiliklə dinləyir, öz göstərişini verir”-deyə o bildirib.
Fidan Ərdoğana tək onun deyil, başqalarının da zəng etdiyini qeyd edib:
“Açığı, biz də belə zəhmətkeş rəhbəri narahat etməkdən çəkinirik”.
"Dünən gecə Bürhanəddin bəylə “görəsən, hansımız zəng edək” deyə müzakirəmiz oldu. Nəhayət, ona yenidən zəng vurub yuxudan oyatdıq. İşini öz üzərinə götürən adamdır. Bir dəfə də olsun telefona cavab vermədiyi vaxt olmayıb"-deyə Hakan Fidan açıqlamasında bildirib.
Ayxan
Sfera.az






