Mincivanın işğaldan azad olunmasından BEŞ İL KEÇDİ

Mincivanın işğaldan azad olunmasından BEŞ İL KEÇDİ
Kateqoriya məlum deyil
T

Azərbaycanın qədim yaşayış məntəqələrindən biri olan Zəngilan rayonunun Mincivan qəsəbəsinin erməni işğalından azad edilməsinin beşinci ildönümü qeyd olunur.

 

Sfera.az xəbər verir ki, 2020-ci il oktyabrın 21-də Mincivanla yanaşı, rayonun Babaylı, Üçüncü Ağalı, Sarıl, Xumarlı, Hacallı, Xurama, Cahangirbəyli, Turabad, İçəri Müşlan, Qıraq Müşlan, Məlikli, Üdgün, Baharlı kəndləri, həmçinin Cəbrayıl rayonunun Balyand, Papı, Tulus, Tinli və Füzuli rayonunun Gecəgözlü, Aşağı Seyidəhmədli, Zərgər kəndləri işğaldan azad olunub.

 

Mincivan qəsəbəsi Araz çayının sahilində, düzənlik ərazidə yerləşir. Qəsəbənin əsası 1795–1798-ci illərdə Cənubi Azərbaycanın eyni adlı kəndindən köçən ailələrin burada məskunlaşması ilə qoyulub. XIX əsrdə Zəngəzur qəzasında “Mincivan” adlı iki yaşayış məntəqəsinin mövcudluğu qeydə alınıb.

 

Qəsəbə 1993-cü ildə Ermənistan silahlı qüvvələri tərəfindən işğal olunmuşdu. İşğaldan əvvəl burada yaşayış evləri, məktəblər, kitabxanalar, uşaq bağçaları və dəmir yolu stansiyası fəaliyyət göstərirdi.

 

Birinci Qarabağ müharibəsindən sonra erməni işğalçıları Mincivandakı bütün sosial və infrastruktur obyektlərini məhv edib, dəmir yolu relslərini sökərək aparıblar. Relslərin bir hissəsi satılıb, digəri isə tank əleyhinə istehkamların qurulmasında istifadə olunub.

 

Niyaz Hacıyev
Sfera.az

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR