Binəli Yıldırım: "Xocalı qətliamı türk millətinin ortaq dərdidir"
Kateqoriya məlum deyil
25 il əvvəl işğal olunan Xocalıda erməni cinayətkar dəstələrinin vəhşicə qətlə yetirdiyi soydaşlarımıza Allahdan rəhmət diləyirəm.
Sfera.az APA-ya istinadən xəbər verir ki, bunu Türkiyənin baş naziri Binəli Yıldırım özünün Tvitter səhifəsində yazıb. Baş nazir 1992-ci il fevralın 26-da Xocalı soyqırımının törədildiyini xatırladıb.
Yıldırım "yerə-göyə sığışmayan acı - Xocalı qətliamı" başlıqlı statusunda "o gün azərbaycanlı mülki şəxslər erməni cinayətkar qruplar tərəfindən vəhşicəsinə qətlə yetirildi. Bu qətliam Türk millətinin ortaq dərdidir" yazıb.






