"Bu, xüsusi əhəmiyyət daşıyır" - MM sədri

Ölkəmizdə Beynəlxalq Hakimlər Assosiasiyasının 67-ci Baş Assambleyasının baş tutması xüsusi əhəmiyyət daşıyır.
Sfera.az xəbər verir ki, bunu Milli Məclisin sədri Sahibə Qafarova bu gün Beynəlxalq Hakimlər Assosiasiyasının 67-ci Baş Assambleyası çərçivəsində keçirilən Beynəlxalq Hakimlər Assosiyasiyasının üzvləri ilə görüşdə deyib.
O, qeyd edib ki, bu il İlham Əliyevin sərəncamı ilə Azərbaycanda Konstitusiya və Suverenlik İli elan edilib.
Milli Məclisin sədri həmçinin Konstitusiyamızın 30 illiyini qeyd etdiyimizi xatırladıb.
Daha sonra Sahibə Qafarova Parlamentə seçkilərin keçirilməsi, onun fəaliyyəti haqqında məlumat verib.
Həmçinin, S.Qafarova iştirakçıların nəzərinə çatdırıb ki, 44 günlük Vətən müharibəsi və antiterror əməliyyatları nəticəsində ölkəmizin ərazi bütövlüyü və suverenliyi təmin edilib.
Firuzə Əliyeva
Sfera.az






