Minsk Qrupu dekabrın 1-dən fəaliyyətini dayandıracaq

Minsk Qrupu dekabrın 1-dən fəaliyyətini dayandıracaq
Kateqoriya məlum deyil
T

ATƏT-in Minsk Qrupu dekabrın 1-dən fəaliyyətini dayandıracaq. 

 

Sfera.az xəbər verir ki, bu barədə ATƏT-in fəaliyyətdə olan sədri, Finlandiyanın xarici işlər naziri Elina Valtonen Ermənistan Respublikasının xarici işlər naziri Ararat Mirzoyanla birgə mətbuat konfransında bildirib.

 

Yerevan və Bakı arasında münasibətlərin normallaşdırılması prosesinə tam dəstəyini ifadə edən və 8 avqustda Vaşinqtonda atılan son dərəcə mühüm addımları vurğulayan Elina Valtonen Ermənistanın maneələrə baxmayaraq sülhə sadiqliyini qeyd edib.

 

Valtonen bildirib ki, Ermənistan və Azərbaycanın qarşılıqlı qərarına əsasən, ATƏT-in Minsk qrupunun buraxılması prosesi gedir və dekabrın 1-dək davam edəcək. Eyni zamanda, ATƏT Ermənistanla bir sıra sahələrdə əməkdaşlığı davam etdirməyə hazırdır.

 

Nazir qeyd edib ki, mühüm sülh prosesi gedir və perspektivli addımları davam etdirmək lazımdır. O, ATƏT-in prosesi dəstəkləməyə hazır olduğunu qeyd edib.

 

Nazir bildirib ki, səfəri zamanı hakimiyyətin demokratiyanın əsası olan vətəndaş cəmiyyəti ilə işləməyə necə açıq yanaşma nümayiş etdirdiyini görməkdən məmnunluq duyur.

 

Firuzə Əliyeva
Sfera.az

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR