MSK Ramil Həsənin məsələsinə baxacaq

MSK Ramil Həsənin məsələsinə baxacaq
Kateqoriya məlum deyil
T

Sabah Mərkəzi Seçki Komissiyasının iclası keçiriləcək.

 

Sfera.az xəbər verir ki, iclasda Ramil Həsənin deputat fəaliyyətinə xitam verilməsi ilə bağlı məsələ müzakirə olunacaq.

 

Ramil Həsən bu il iyunun 12-də Türk Dövlətləri Parlament Assambleyasının (TÜRKPA) Qazaxıstanın paytaxtı Astanada keçirilən 14-cü plenar sessiyasında təşkilatın Baş katibi seçilib.

 

Xatırladaq ki, bundan əvvəl təşkilatın Baş katibi vəzifəsini türkiyəli Mehmet Süreyya tutub. Ramil Həsən 2009-2013-cü illərdə də qurumun Baş katibi olub.

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR