İlham Əliyev Yaxın Şərq Sülh Sammitində iştirak edir- VİDEO + FOTO

Kateqoriya məlum deyil
T
Xəbər verdiyimiz kimi, Azərbaycan Prezidenti İlham Əliyev Amerika Birləşmiş Ştatlarının Prezidenti Donald Trampın və Misir Ərəb Respublikasının Prezidenti Əbdülfəttah əs-Sisinin dəvəti ilə Yaxın Şərq Sülh Sammitində iştirak etmək üçün Misirdə işgüzar səfərdədir.
Sfera.az-ın məlumatına görə, dövlət başçısı sammitin keçiriləcəyi Şarm əl-Şeyx şəhərindəki Beynəlxalq Konqres Mərkəzinə gəlib.
Misir Prezidenti Əbdülfəttah əs-Sisi dövlət başçısını salamlayıb.***
Sonra Amerika Birləşmiş Ştatlarının Prezidenti Donald Tramp dövlət başçısını salamlayıb.
Daha sonra Azərbaycan və ABŞ prezidentləri birgə foto çəkdiriblər.
Yaxın Şərq Sülh Sammitinin iştirakçıları birgə foto çəkdiriblər.
Sonra sülh sazişinin imzalanması mərasimi olub.















