Prezident İlham Əliyev bir sıra ikitərəfli sənədləri təsdiq edib - YENİLƏNİB
20:00
Prezident İlham Əliyev Azərbaycan Dövlət Gömrük Komitəsi ilə Namibiya Maliyyə Nazirliyinin Gömrük və Aksiz Direktorluğu arasında gömrük əməkdaşlarının potensialının gücləndirilməsi sahəsində qarşılıqlı yardım haqqında Sazişin təsdiq edilməsi barədə fərman imzalayıb.
Sfera.az AZƏRTAC-a istinadən bildirir ki, saziş 2017-ci il yanvarın 30-da Bakıda imzalanıb.
Dövlət Gömrük Komitəsinə fərmanda göstərilən Sazişin müddəalarının həyata keçirilməsini təmin etmək tapşırılıb.
Xarici İşlər Nazirliyi Sazişin qüvvəyə minməsi üçün zəruri olan dövlətdaxili prosedurların yerinə yetirildiyi barədə Namibiya Hökumətinə bildiriş göndərməlidir.
----------
19:47
Prezident İlham Əliyev Azərbaycan Respublikası və Qazaxıstan Respublikası arasında keçirilən mallar və nəqliyyat vasitələri haqqında ilkin məlumat mübadiləsinin təşkili barədə Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsi ilə Qazaxıstan Respublikasının Maliyyə Nazirliyi arasında Sazişin təsdiq edilməsi haqqında fərman imzalayıb.
Sfera.az AZƏRTAC-a istinadən bildirir ki, saziş 2017-ci il yanvarın 30-da Bakıda imzalanıb.
Dövlət Gömrük Komitəsinə sazişin müddəalarının həyata keçirilməsini təmin etmək tapşırılıb.
Xarici İşlər Nazirliyi sazişin qüvvəyə minməsi üçün zəruri olan dövlətdaxili prosedurların yerinə yetirildiyi barədə Qazaxıstan Hökumətinə bildiriş göndərməlidir.