Logo

Prezidentin 10 günə üç sammitdə iştirakı Azərbaycanın çoxölçülü xarici siyasətinin göstəricisidir

Prezidentin 10 günə üç sammitdə iştirakı A zərbaycanın çoxölçülü xarici siyasətinin göstəricisidir
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

Azərbaycan Prezidenti İlham Əliyevin cəmi son on gündə üç sammitdə iştirakı ölkənin dəyişən geosiyasi identikliklərindən irəli gələn çoxölçülü və çoxregional xarici siyasətinin təzahürüdür.

Sfera.az xəbər verir ki, bu barədə Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev "X"də bildirib.

• 1–2 oktyabr – EPC, Kopenhagen. Aİ və digər tərəfdaş Avropa ölkələri ilə görüşlər və müzakirələr.

• 6-7 oktyabr – Qəbələdə Türk Dövlətləri Təşkilatının Zirvə Toplantısı. Türk Dünyasının həmrəyliyi və birliyi.

• 9–10 oktyabr – Düşənbədə MDB Zirvə toplantısı", - paylaşımda vurğulanıb.

Hikmət Hacıyev qeyd edib ki, bu intensiv diplomatik fəaliyyət Azərbaycanın müxtəlif istiqamətlərdə tərəfdaşlığa, dialoqa və regional əməkdaşlığa əsaslanan xarici siyasət kursunun bariz nümunəsidir

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR