İsrail-HƏMAS sülhündə Türkiyə təminatçı olacaq

İsrail-HƏMAS sülhündə Türkiyə təminatçı olacaq
Kateqoriya məlum deyil
T

Yaxın Şərqdə gərginliyin azaldılması istiqamətində mühüm addım atılır. Bu gün İsrail və HƏMAS arasında dərhal atəşkəs rejiminin qurulması haqqında razılaşmanın imzalanması gözlənilir. 

 

Türkiyə əldə ediləcək atəşkəs razılaşmasında təminatçı ölkələrdən biri ola bilərmi?

 

Məsələ ilə bağlı politoloq İlyas Hüseynov Sfera.az-a açıqlamasında bildirib ki, HƏMAS və İsrail arasında razılığın əldə olunması təkcə tərəflər üçün deyil, həm də dünya siyasəti, beynəlxalq hüquq və qlobal iqtisadiyyat baxımından mühüm hadisədir:

 


“Bu uzunmüddətli müharibə beynəlxalq münasibətlərə, enerji nəqliyyatına və ticarət əlaqələrinə ciddi təsir göstərirdi. Ticarət gəmilərinə hücumlardan tutmuş qlobal resessiya təhlükəsinə qədər bir çox böhranlar baş vermişdi. Ona görə də atəşkəsin əldə olunması qlobal sabitlik üçün vacib addımdır”.


Politoloqun sözlərinə görə, razılaşmanın əldə edilməsində Türkiyənin rolu xüsusi önəm daşıyır:


“Türkiyənin diplomatik səyləri danılmazdır. Ankara təhlükəsizlik, sülh və sabitliyin təmin olunması üçün bütün imkanlarını səfərbər edib. Müxtəlif çağırışlar və sülh təşəbbüsləri nəticə verib. HƏMAS da artıq saxladığı girovların azad edilməsi istiqamətində addımlar atır. Həmçinin, bu prosesdə Donald Tramp da dolayı yolla iştirak edir və bu gedişat onun sülh üzrə Nobel mükafatına bir qədər də yaxınlaşmasına səbəb ola bilər”.


Ekspert əlavə edib ki, Türkiyə əldə ediləcək atəşkəs razılaşmasında təminatçı ölkələrdən biri kimi çıxış edə bilər:


“Prezident Rəcəb Tayyib Ərdoğanın bu istiqamətdə fəaliyyəti xüsusi əhəmiyyət kəsb edir. Ümumilikdə, türk diplomatiyası son illər yüksək peşəkarlıq nümayiş etdirir və əldə olunan nəticələr bunu bir daha sübut edir”.

 

Bəsti Rəfizadə
Sfera.az


 

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR