Tokayev “TDT+” formatını dəstəklədi

Tokayev "TDT+" formatını dəstəklədi
Kateqoriya məlum deyil
T

Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev “Türkdilli Dövlətlər Təşkilatı Plus” formatının yaradılmasını dəstəklədiyini bəyan edib. 

 

Sfera.az xarici mediaya istinadən xəbər verir ki, o, bu barədə Qəbələdə keçirilən TDT sammitində çıxışı zamanı hazırkı qlobal geosiyasi vəziyyətin mürəkkəbliyini vurğulayaraq türk dövlətlərinin ortaq maraqlar çərçivəsində birgə fəaliyyət göstərməsinin vacibliyini qeyd edib.

 

“Bu gün dünya ictimaiyyəti bizi ciddi çağırışlara qarşı durmağa qadir olan güclü və vahid dövlətlər kimi tanıyır. Qazaxıstan üçün əsas məqsəd əməkdaşlığımızı daha da genişləndirmək olacaq. Bu baxımdan “Türkdilli Dövlətlər Təşkilatı Plus” formatının yaradılması ideyasını dəstəkləyirik”, – deyə Tokayev bildirib.

 

Qeyd edək ki, bundan əvvəl ATC-nin baş katibi Kubanıçbek Omuraliev Azərbaycanda 6-7 oktyabr tarixlərində keçirilən sammitdə təşkilata üzv olmayan dövlətlərlə əməkdaşlıq üçün “TDT Plus” formatının yaradılması ilə bağlı qərarın qəbul ediləcəyini bildirmişdi.

 

Fidan Hacızadə
Sfera.az

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR