3 oktyabr - Heydər Əliyevin Prezident seçildiyi tarixdir

3 oktyabr - Heydər Əliyevin Prezident seçildiyi tarixdir
Kateqoriya məlum deyil
T

Otuz iki il əvvəl, 1993-cü ilin oktyabrın 3-də keçirilən seçkilərdə Heydər Əliyev Azərbaycan Respublikasının Prezidenti seçilib. Həmin dövrdə ölkədə gərgin siyasi vəziyyət hökm sürürdü, iqtisadi və ictimai böhran dərinləşmişdi. Xalqın böyük əksəriyyəti Heydər Əliyevə etimad göstərərək onun rəhbərliyi altında sabitlik və inkişaf gözləyirdi.


Sfera.az xəbər verir ki, Ümummilli Lider ölkəmizdə siyasi gərginliyin, hakimiyyət böhranının kəskinləşdiyi bir dövrdə hakimiyyətə gəldi. 


Həmin vaxt xaos və anarxiya respublikanı bürümüşdü. Vətəndaş müharibəsi dərəcəsinə yüksəlmiş qarşıdurma nəinki dövlət müstəqilliyimizi, hətta milli varlığımızı belə birbaşa hədəfə almışdı. Bir tərəfdən də Ermənistanın təcavüzü ilə üzləşən ölkəmiz təşviş içində idi. Heydər Əliyev hakimiyyətə qayıtdıqdan sonra Azərbaycan xaosdan, anarxiyadan, hərc-mərclikdən, özbaşınalıqdan, parçalanma təhlükəsindən qurtuldu, ölkəmiz sabitliyə, əmin-amanlığa, demokratiyaya qovuşdu. 


Prezident seçildikdən sonra Heydər Əliyevin fəaliyyəti ölkədə yeni mərhələnin başlanğıcı oldu. Onun rəhbərliyi ilə dövlət institutları möhkəmləndirildi, daxili sabitlik təmin olundu, neft strategiyası işlənib hazırlandı və “Əsrin müqaviləsi” imzalandı, Azərbaycan beynəlxalq aləmdə öz mövqelərini gücləndirdi.


Heydər Əliyevin 1993-cü ildə Prezident seçilməsi Azərbaycan dövlətçiliyi üçün dönüş nöqtəsi oldu. Ordu quruculuğuna xüsusi diqqət ayrıldı. Onun fəaliyyəti müstəqilliyin qorunmasına, ölkənin siyasi və iqtisadi əsaslarının möhkəmlənməsinə xidmət etdi.


Bəsti Rəfizadə
Sfera.az

PAYLAŞ