Ermənistanın baş naziri İrana gedir
Siyasət
14:37 / 22.02.2017
1515
Ermənistanın baş naziri Karen Karapetyan mart ayının ortalarında İran İslam Respublikasına səfər edəcək.
Sfera.az report-a istinadən xəbər verir ki, Ermənistanın Tehrandakı səfiri Artaşes Tumanyanla Tehran Ticarət-Sənaye Palatasının rəhbəri Məsud Xansari onun səfəri ilə bağlı məsələni müzakirə ediblər.
Ermənistan səfiri bildirib ki, baş nazirin səfəri iki ölkə prezidentləri arasında əldə edilən razılaşma çərçivəsində reallaşacaq: "Səfər yaxın zamana planlaşdırılıb. Baş nazirin səfəri İranın yeni il bayramınadək, martın 21-dək gerçəkləşə bilər".