Logo

Rusiya-Ukrayna müharibəsindən sonra bu ölkələr qarşı-qarşıya gələcək - AÇIQLAMA

Rusiya-Ukrayna müharibəsindən sonra bu ölkələr qarşı-qarşıya gələcək - AÇIQLAMA
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

ABŞ-də analitiklərin fikrincə, Ukrayna müharibəsinin başa çatması ilə dünyada müharibələrin sona çatacağı gözləntisi real deyil. Əksinə geosiyasi proseslər və xüsusilə Rusiyanın ambisiyaları yeni qarşıdurmaların yaranacağına işarə edir.

Bu isə əsas sualı gündəmə gətirir: yeni müharibə hansı regionlarda ola bilər və Azərbaycana da təhlükə yarada bilərmi?

Mövzu ilə bağlı Sfera.az-a açıqlama verən politoloq Asif Nərimanlı bildirib ki, Ukrayna müharibəsinin bitməsindən sonra sülh dövrünün başlayacağı ehtimalı zəifdir.

Rusiya-Ukrayna müharibəsindən sonra bu ölkələr qarşı-qarşıya gələcək - AÇIQLAMA

O qeyd edib ki, əsas məqam bu müharibənin hansı şərtlərlə bitməsidir:

“Masada ən real görünən variant Ukraynanın işğal olunmuş ərazilər üzərində Rusiyanın nəzarətini de-fakto tanımasıdır. Amma Ukrayna və onu dəstəkləyən Avropa ölkələri belə bir razılaşmanı yalnız zaman qazanmaq üçün qəbul edə bilər. Rusiya isə anlayır ki, bir neçə ildən sonra Ukrayna gücləndikdə işğal olunmuş torpaqlarını azad etmək üçün hərəkətə keçəcək. Bu səbəbdən də müharibənin illərlə davam etməsi mümkündür”.

Ekspertin sözlərinə görə, növbəti müharibələrin alovu artıq Ukraynanın sərhədləri ilə məhdudlaşmaya da bilər:

“Moldova Rusiya üçün Avropada zəif halqa hesab olunur və ölkə NATO üzvü olmadığı üçün yeni münaqişə meydanı ola bilər. Şərqi Avropa və Skandinaviya ölkələrinə də müharibə dalğasının sıçraması mümkündür. Rusiya daha çox keçmiş SSRİ məkanında yerləşən ölkələri hədəf kimi görür”.

Asif Nərimanlı qeyd edib ki, Avropada yeni müharibələrin başlaması ehtimalı böyükdür və bu, XXI əsrdə beynəlxalq sistemin yenidən formalaşması ilə də bağlı ola bilər. XX əsrdə iki dünya müharibəsi nəticəsində yeni beynəlxalq nizam quruldu, XXI əsrdə də sistem dəyişəcəksə bu daha böyük müharibələrdən sonra baş verəcək.

Politoloq hesab edir ki, qlobal miqyasda risklər yüksək olsa da, Azərbaycan üçün təhlükə daha azdır:

“Rusiya Cənubi Qafqazda yeni eskalasiya ilə maraqlı deyil çünki bu onun strateji maraqlarına uyğun gəlmir. Azərbaycan və Ermənistan arasında tarixi münaqişə artıq həll olunub. Ermənistanın Azərbaycana qarşı müharibə aparmaq potensialı yoxdur. Azərbaycanın qələbə təcrübəsi və mövcud mövqeyi hər hansı yeni təhdidlərə qarşı adekvat cavab vermək imkanı yaradır”.

A.Nərimanlı sonda vurğulayıb ki, Avropa yeni müharibələrin ocağına çevrilə biləcəyi halda Cənubi Qafqazda yeni cəbhənin açılması ehtimalı daha zəif görünür
 
Firuzə Əliyeva
Sfera.az

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR