Logo

Payız sessiyasının qanunvericilik işləri planı qəbul edildi

Payız sessiyasının qanunvericilik işləri planı qəbul edildi
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

Milli Məclisin 2025-ci il payız sessiyasının qanunvericilik işləri planı qəbul edilib.

Sfera.az xəbər verir ki, sənəd parlamentin payız sessiyasının bugünkü plenar iclasında müzakirə edilib.

Qeyd edilib ki, sessiyanın qanunvericilik işləri planına 5 yeni qanun layihəsininin hazırlanması daxil edilib.

Həmin sənədlər Dövlət Qulluğu Məcəlləsi, "Dövlət xidmətləri haqqında", "Daxili qoşunlar haqqında", "Nəqliyyat-ekspedisiya fəaliyyəti haqqında" və "Uşaq hüquqları haqqında" qanun layihələridir.

İşlər planı səsverməyə qoyularaq qəbul edilib.

Firuzə Əliyeva
Sfera.az

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR