Azərbaycanda "başsız" qalan rayonlar: Bu rayonların rəhbəri yoxdur

Azərbaycanda "başsız" qalan rayonlar: Bu rayonların rəhbəri yoxdur
Kateqoriya məlum deyil
T

Azərbaycanda hazırda bir neçə rayonun və bir şəhərin icra hakimiyyətinin başçısı vəzifəsi boşdur. Hazırda Xankəndi şəhərinin, Ağdərə, Nəsimi və Qax rayonlarının icra başçısı yoxdur.


Sfera.az xəbər verir ki, Nəsimi Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsində sonuncu dəfə Asif Əsgərov çalışıb. O, 2024-cü ildə Milli Məclisə keçirilən seçkilərdə iştirak etdiyindən icra başçısı vəzifəsindən azad edilib. 


Həmin tarixdən bəri Nəsimi rayonunda icra başçısı vəzifəsinə təyinat olmayıb. 

 

Qax Rayonu İcra Hakimiyyətinin sabiq icra başçısı Musa Şəkiliyev 2025-ci ildə vəzifəsindən azad edilib. M.Şəkiliyev 12 aprel 2010-cu ildə rayon rəhbərliyinə təyin olunmuşdu. 


2025-ci ilin iyunun 20-də o, qulluq mövqeyindən istifadə etməklə xüsusilə külli miqdarda dövlət əmlakını mənimsəmə cinayətində ittiham olunaraq Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) əməkdaşları tərəfindən saxlanılıb və iyulun 21-də məhkəmənin qərarı ilə onun barəsində 4 ay müddətinə həbs qətimkan təbdiri seçilib. Buna görə  Prezident İlham Əliyevin sərəncamı ilə Şəkiliyev vəzifəsindən uzaqlaşdırılıb.

 

Başçısı olmayan yerli icra qurumları arasında Ağdərə rayonu və Xankəndi şəhəri də var. 2023-cü ilin dekabr ayında Prezident İlham Əliyevin sərəncamı ilə Ağdərə Rayon İcra Hakimiyyəti yaradılıb. Qərarda Nazirlər Kabinetinə Ağdərə Rayon İcra Hakimiyyətinin fəaliyyətinin təşkili məqsədilə zəruri maliyyə vəsaitinin ayrılması və inzibati bina ilə təmin olunması üçün bir ay müddətində tədbirlər görməsi tapşırılıb. Ağdərə İcra Hakimiyyətinə hələlik başçı təyin olunmayıb.


Xəndənki şəhərində də bəzi mərkəzi icra qurumlarının nümayəndəlikləri və məhkəmə hakimiyyəti qurulsa da yerli icra hakimiyyəti strukturu yoxdur. 
Həm Ağdərə, həm də Xankəndində ümumi rəhbərliyi Prezidentin xüsusi nümayəndəsi həyata keçirir.  


Adıçəkilən rayon və şəhərlərə icra hakimiyyətlərinin başçısı vəzifəsinə kimlərə veriləcəyi cəmiyyətin maraq dairəsindədir.

 

Bəsti Rəfizadə
Sfera.az

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR