Bu icra başçılarının yaşı 70-ə çatır - SİYAHI

Bu icra başçılarının yaşı 70-ə çatır - SİYAHI
Kateqoriya məlum deyil
T

Azərbaycanın icra hakimiyyəti sistemində rəhbər kadrların yaşı və pensiya həddi mövzusu uzun illərdir gündəmdədir. Dövlət idarəçiliyində təcrübəli kadrların olması mühüm amil kimi dəyərləndirilsə də, vətəndaşlar arasında gəncləşmə və yeni simaların önə çəkilməsi ilə bağlı gözləntilər də artmaqdadır. Bu baxımdan, pensiya yaşını keçmiş icra başçılarının siyahısı ictimai müzakirələrdə xüsusi maraq doğurur.

 

Hazırda qanunvericiliyə görə, kişilər üçün pensiya yaşı 65, qadınlar üçün isə 64 yaş 6 ay müəyyən edilib. Bununla belə, icra strukturlarında fəaliyyətini davam etdirən və bu həddi çoxdan keçmiş şəxslər var. Hazırda ölkədə yaşı 65-dən yuxarı olan bir sıra icra başçıları mövcuddur.

 

Sfera.az pensiya yaşını keçmiş icra başçılarının siyahısını təqdim edir:

 

  
Mübariz Əhmədzadə – Zaqatala İH başçısı, 1947-ci il, 78 yaş

 

 

Bayram Səfərov – Şuşa İH başçısı, 1951-ci il, 74 yaş

 

 

Adil Məmmədov – Qobustan İH başçısı, 1952-ci il, 73 yaş

 

 

Şahmar Usubov – Xocalı İH başçısı, 1953-cü il, 72 yaş

 

 

Malik İsaqov – Qubadlı İH başçısı, 1953-cü il, 72 yaş

 

 

Rafil Hüseynov – Ağcabədi İH başçısı, 1953-cü il, 72 yaş

 

 

Novruz Novruzov – Siyəzən İH başçısı, 1954-cü il, 71 yaş

 

 

Zakir Fərəcov – Sumqayıt şəhər İH başçısı, 1954-cü il, 71 yaş

 

 

Alı Alıyev – Füzuli İH başçısı, 1955-ci il, 69 yaş

 

 

Mərdan Camalzadə – Zərdab İH başçısı, 1956-cı il, 69 yaş

 

Eldar Əzizov – Bakı şəhər İH başçısı, 1957-ci il, 68 yaş

 

Məmmədxanov Sahir - Qusar rayon İH başçısı, 1959-cu il, 66 yaş 

 

 

Mütəxəssislərin fikrincə, dövlət idarəçiliyində yaşlı kadrların üstünlüyü onların uzun illər ərzində topladığı təcrübə ilə bağlıdır. Bu, bəzi hallarda idarəetmədə sabitliyin qorunmasına və daha çevik qərarların qəbul edilməsinə yardımçı ola bilir.

 

Digər tərəfdən, dövlət qurumlarında gənc mütəxəssislərin irəli çəkilməsi həm yeni yanaşmaların tətbiqi, həm də idarəçilikdə dinamizmin artması baxımından vacib hesab olunur. Cəmiyyətin gözləntiləri də məhz bu istiqamətdədir.


Azərbaycanın müxtəlif rayon və şəhərlərində pensiya yaşını keçmiş icra başçılarının vəzifədə qalması dövlət siyasətinin prioritetlərindən asılı olaraq dəyişə bilər. Hazırda isə bu mövzu həm ictimai müzakirələrdə, həm də ekspert rəylərində diqqət mərkəzindədir.

 

Firuzə Əliyeva
Sfera.az


 

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR