Şahbaz Şərif Azərbaycana təşəkkür etdi


Şahbaz Şərif Azərbaycana təşəkkür etdi
Kateqoriya məlum deyil26.09.25, 15:41483 👁️
T

Pakistanın Baş naziri Şahbaz Şərif Hindistanla münaqişənin gərginləşməsi zamanı göstərdiyi diplomatik dəstəyə görə Azərbaycana təşəkkür edib.

 

Sfera.az xəbər verir ki, o, bu barədə Nyu-Yorkda BMT Baş Assambleyasının sessiyasında çıxışı zamanı bildirib.

 

"Dostlarımıza və tərəfdaşlarımıza - Çin, Türkiyə, Səudiyyə Ərəbistanı, Qətər, Azərbaycan, İran, BƏƏ və BMT Baş katibinə bu çətin zamanlarda göstərdikləri diplomatik dəstəyə görə təşəkkür edirik", - baş nazir söyləyib.

PAYLAŞ
Sehliyali
Yüklənir...