İlham Əliyev: Biz həm müharibədə, həm də sülhdə qələbə qazandıq
Kateqoriya məlum deyil
Azərbaycan yeni bir dövrə qədəm qoyub.
Sfera.az xəbər verir ki, bu barədə Azərbaycan Prezidenti İlham Əliyev BMT Baş Assambleyasının 80-ci sessiyasındakı çıxışı zamanı bildirib.
Dövlət başçısı qeyd edib: "Biz həm müharibədə, həm də sülhdə qələbə qazandıq. İşğala son qoyduq və bərpa işlərinə başladıq. Ədalət zəfər çaldı, suverenlik möhkəmləndi və sülh de-fakto təmin olundu. Biz bu müsbət təcrübəmizi paylaşmağa hazırıq".






