Azərbaycanın ən çox deputat seçilən millət vəkilləri - SİYAHI

Azərbaycanın ən çox deputat seçilən millət vəkilləri - <span style="color:#ff0000">SİYAHI</span>
Kateqoriya məlum deyil25.09.25, 09:2728 👁️
T

Azərbaycan parlamentində dörd dəfə və daha artıq deputat seçilən millət vəkillərinin sayı çoxdur. Hazırda fəaliyyət göstərən millət vəkilləri Milli Məclisin 7-ci çağırış deputatlarıdır. Yeddinci çağırış Milli Məclisə əvvəllər dəfələrlə parlament üzvü seçilən deputatların bəziləri düşə bilməyiblər. Bununla belə hələ də parlamentdə dəfələrlə millət vəkili seçilən üzvlər var. 


Siyahıya nəzər salanda görmək olur ki, bəzi deputatlar demək olar, bütün çağırışlarda mandat əldə ediblər.


Sfera.az xəbər verir ki, iki millət vəkili bütün çağırışlarda parlament üzvü ola bilib.

 

Bunlar Ziyafət Əsgərov və İmamverdi İsmayılovdur. Adıçəkilən şəxslər 1995-2024-cü illərdə keçirilən 7 seçkinin hamısında qələbə qazana biliblər. 


Qüdrət Həsənquliyev və Mübariz Qurbanlı da 1995-ci ildən bəri dəfələrlə millət vəkili seçiliblər. Amma Q.Həsənquliyev ikinci çağırış, M.Qurbanlı isə beşinci və altıncı çağırış Milli Məclisə seçkilərdə iştirak etməyiblər. Buna görə də Q.Həsənquliyev 6 dəfə, M.Qurbanlı 5 dəfə millət vəkili seçiliblər. 


Q.Həsənquliyevdən başqa altı dəfə deputat seçilən şəxslər aşağıdakılardır:


Rafael Hüseynov – II, III, IV, V, VI, VII (2000-2024)
Fəzail İbrahimli – II, III, IV, V, VI, VII (2000-2024)
Məlahət İbrahimqızı – II, III, IV, V, VI, VII (2000-2024)
Aydın Mirzəzadə – II, III, IV, V, VI, VII (2000-2024)
Səttar Möhbalıyev – II, III, IV, V, VI, VII (2000-2024)
Asim Mollazadə – II, III, IV, V, VI, VII (2000-2024)
Siyavuş Novruzov – II, III, IV, V, VI, VII (2000-2024) 
Zahid Oruc – II, III, IV, V, VI, VII (2000-2024) 
Tahir Rzayev – II, III, IV, V, VI, VII (2000-2024)


Parlamentə 2005-ci ildən müntəzəm seçilən deputatların sayı daha çoxdur. Beş dəfə seçilən şəxslər aşağıdakılardır:

Aqil Abbas – III, IV, V, VI, VII (2005-2024)
Novruzəli Aslanov – III, IV, V, VI, VII (2005-2024)
Sabir Hacıyev – III, IV, V, VI, VII (2005-2024)
Azay Quliyev – III, IV, V, VI, VII (2005-2024)
Eldar Quliyev – III, IV, V, VI, VII (2005-2024)
Musa Quliyev – III, IV, V, VI, VII (2005-2024)
Ülvi Quliyev – III, IV, V, VI, VII (2005-2024)
Fazil Mustafa – III, IV, V, VI, VII (2005-2024)
İlham Məmmədov – III, IV, V, VI, VII (2005-2024)
Əli Məsimli – III, IV, V, VI, VII (2005-2024)
Cavanşir Paşazadə – III, IV, V, VI, VII (2005-2024)
Ziyad Səmədzadə – III, IV, V, VI, VII (2005-2024)
Mixail Zabelin – I, II, III, IV, V, VII (1995-2024)


Adıçəkilən şəxslərdən başqa dörd çağırış deputat seçilən şəxslər də var. Onların sayı 10-dur:

Rasim Musabəyov – IV, V, VI, VII (2010-2024)
Elman Məmmədov – IV, V, VI, VII (2010-2024)
Sahibə Qafarova – IV, V, VI, VII (2010-2024)
Musa Qasımlı – IV, V, VI, VII (2010-2024)
Malik Həsənov – IV, V, VI, VII (2010-2024)
Sevinc Hüseynova – IV, V, VI, VII (2010-2024)
Azər Badamov – IV, V, VI, VII (2010-2024)
Bəxtiyar Əliyev – II, III, IV, VII (2000-2024)
Sahib Alıyev – IV, V, VI, VII (2010-2024)
Əhliman Əmiraslanov – IV, V, VI, VII (2010-2024)


Qeyd edək ki, Milli Məclisə təkrar deputat seçilməklə bağlı hər hansı məhdudiyyət yoxdur. Buna görə də qanunvericiliyin tələblərinə uyğun gələn, sağlamlıq vəziyyəti imkan verən və seçicilər tərəfindən etimad qazanan şəxslər dəfələrlə millət vəkili seçilə bilər. 


Bəsti Rəfizadə
Sfera.az

PAYLAŞ
Sehliyali
Yüklənir...