Ceyhun Bayramov Kaya Kallasla regional vəziyyəti müzakirə etdi

Ceyhun Bayramov Kaya Kallasla regional vəziyyəti müzakirə etdi
Kateqoriya məlum deyil
T

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Nyu-Yorkda keçirilən BMTəşkilatı Baş Assambleyasının 80-ci sessiyası çərçivəsində Avropa İttifaqının (Aİ) xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi, Avropa Komissiyasının vitse-prezidenti Kaya Kallasla görüşüb.

 

Sfera.az xəbər verir ki, bu barədə nazir "X" hesabında paylaşım edib.

 

"Biz Azərbaycan-Avropa İttifaqı əməkdaşlığını, gələcək planları və perspektivləri, həmçinin regional təhlükəsizlik vəziyyətini müzakirə etdik. Həmçinin son tarixi Vaşinqton sammitinin nəticələrini müzakirə etdik və sülh prosesində qalan həll edilməmiş məsələlərin həlli üçün dialoqun davam etdirilməsinin vacibliyini vurğuladıq", - deyə C.Bayramov qeyd edib.

 

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR