Avropanın Rusiyaya neft qadağası Azərbaycana faydalı olacaq - ŞƏRH

Avropanın Rusiyaya neft qadağası Azərbaycana faydalı olacaq - ŞƏRH
Kateqoriya məlum deyil
T

Avropa Komissiyasının sədri Ursula fon der Lyayen çıxışı zamanı bildirib ki, Avropa İttifaqı ölkələri özlərini müdafiə etmək qabiliyyətində daha böyük muxtariyyətə nail olmalıdır. O, qeyd edib ki, hazırda Avropanın təhlükəsizliyi əksər hallarda ABŞ-nin hərbi və siyasi dəstəyi hesabına təmin olunur. Bu isə həm İttifaq daxilində müstəqillik məsələsini gündəmə gətirir, həm də ABŞ-dən asılılığın davamlılığı barədə suallar yaradır.

 

Avropa bir tərəfdən Rusiyanın təhdidləri, digər tərəfdən enerji təhlükəsizliyi və davam edən Rusiya-Ukrayna müharibəsinin nəticələri ilə üz-üzədir. Bu, “Gələcəkdə Avropanın təhlükəsizliyində müstəqil imkanlar əldə etməsi ABŞ-nin təsirindən çıxmasına gətirib çıxara bilərmi?” mövzusu ətrafında geniş müzakirələr yaradır.

 

Mövzu ilə bağlı Sfera.az-a açıqlama verən siyasi şərhçi Kənan Novruzov bildirib ki, ABŞ bu prosesin baş verməsinə imkan verməyəcək.

 

Onun sözlərinə görə, ABŞ Prezidenti Donald Tramp dəfələrlə Avropaya açıq şəkildə xəbərdarlıq edib ki, Rusiyadan neft və qaz idxalı dayandırılmalıdır, amma Avropa buna asanlıqla getməz:

 

 

“Çünki bir tərəfdən Avropa ucuz enerji daşıyıcılarını Rusiyadan alır, digər tərəfdən isə müharibənin bitməsini istəmir. Bu vəziyyət həm ABŞ, həm də Rusiya tərəfindən başa düşülür. Avropa üçün müharibənin başa çatması başqa Qərb dövlətləri qarşısında yeni təhlükələrin yaranması demək ola bilər. ABŞ-nin diqtəsinə əməl olunacağı halda isə Vaşinqton ön plana çıxacaq və Rusiyanın ixrac etdiyi enerji məhsullarını əvəz edəcək əsas güc də ABŞ olacaq. Bu isə Avropanın ABŞ-dən daha da asılı vəziyyətə düşməsi deməkdir. Beləliklə, Avropanın ABŞ təsirindən çıxması hazırkı şəraitdə real görünmür. Əksinə, bu asılılıq getdikcə güclənəcək”. 

 


K.Novruzov qeyd edib ki, bu hadisələr fonunda, Avropa Rusiyadan neft və qaz almağı dayandırsa, Azərbaycan üçün cüzi də olsa, təqribən 5 faiz həcmində əlavə imkanlar yarana bilər.

 

Firuzə Əliyeva
Sfera.az



 

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR