Azərbaycanda meyitdən orqan transplantasiyası edilən ilk şəxslərdən biri DANIŞDI
Kateqoriya məlum deyil
22 yaşlı qadın meyitdən köçürülən qaraciyərlə yaşayır. Mənzər Şərifova Azərbaycanda meyitdən orqan transplantasiyası edilən ilk insanlardandır.
Sfera.az Xəzər TV-yə istinadən xəbər verir ki, onun sözlərinə görə, 2 il əvvəl birdən-birə səhhətində ciddi problemlər yaranıb. Həkimə müraciət edən zaman ona ağır qaraciyər sirrozu diaqnozu qoyulub.
M.Şərifovanın həyat mübarizəsi bundan sonra başlayıb. O, 2 il ərzində ağır müalicələr alıb. Vəziyyət fevral ayında gələn bir zəng ilə dəyişib.
Onun sözlərinə görə, qaraciyəri ona köçürülən şəxsin adını, özünü, hətta ailəsini belə tanımır.
Ətraflı videomaterialda:






