ABŞ Zelenskinin öldürüləcəyini bildirdi - Nələr gözlənilir?

ABŞ Zelenskinin öldürüləcəyini bildirdi - Nələr gözlənilir?
Kateqoriya məlum deyil
T

Amerikalı siyasi şərhçi Skott Hortonun son açıqlaması beynəlxalq mediada geniş rezonans doğurub. O, bildirib ki, əgər Ukrayna Prezidenti Volodimir Zelenski kapitulyasiya sənədini imzalasa, onun öldürülmə riski yüksək ola bilər.

 

Bu iddia fonunda diqqətçəkən sual yaranır: Zelenski daxildəki qüvvələrdən qorxaraq bu addımdan çəkilə bilərmi?

 

Mövzu ilə bağlı politoloq Turan Rzayev Sfera.az-a bildirib ki, Ukrayna Prezidenti Volodimir Zelenskinin hazırda kapitulyasiya sənədi imzalamaq kimi bir düşüncəsi yoxdur. Analitik kənar qüvvələr arasında sülhdə yalnız Trampın maraqlı olduğunu diqqətə çatdırıb:

 

 

“Ümumiyyətlə Rusiya və Ukrayna arasında müharibə davam edir. Müharibənin bitməsi yönündə şübhəsiz ki, təşəbbüslər var. Xüsusilə buna nümunə olaraq ABŞ Prezidenti Donald Trampın aktiv diplomatik fəaliyyətini göstərə bilərik. O, yaxın tarixdə Alyaskada Rusiya Prezidenti Vladimir Putinlə, daha sonra isə Vaşinqtonda Avropa İttifaqı nümayənədələri və Ukrayna prezidenti Volodimir Zelenski ilə görüş keçirdi. Bu görüşdə tərəflərin fikirlərini dinlədi. Onların müharibəyə və sülhə baxışlarını yerində müşahidə etdi. 

Əslində Donald Trampın sülh təşəbbüsü təqdirə layiqdir. Hazırda baxdıqda müharibəni dayandırmaq iqtidarında olacaq və bunu istəyən real qüvvə də məhz rəsmi Vaşinqton və Tramp administrasiyasıdır. Amma Trampın məsələyə baxışı tərəflərin kompromisə getməsi kontekstində diqqət çəkir. Yəni, Tramp Ukraynanın mövcud reallığı dərk etməsini, yəni Ukraynanın ərazi itkisi hesabına ya atəşkəs sazişinə getməsini, ya da ki, ərazi itkisini qəbul edib sülh sazişi imzalanmasını istəyir.


Hər iki variant da gündəmdədir. Müqayisə üçün biz bunu 90-cı illərdə Azərbaycan və Ermənistan arasındakı atəşkəs sazişinə və yaxud da İkinci Dünya Müharibəsi zamanı Finlandiya və SSRİ arasında əldə edilən razılaşmaya da bənzədə bilərik. Ukrayna üçün də bu və ya bənzəri modelləri təklif edib. Amma təkcə Ukraynanın güzəştə getməsi mövzusu gündəmdə deyil. Eyni zamanda Rusiyanın da güzəştə getməli olduğu məsələlər var. Söhbət gələcəkdə müharibənin yenidən başlamaması üçün Rusiyanın iki ölkə sərhədində yerləşdirilməsi ehtimal olan Amerika, Türkiyə, Avropa İttifaqı, NATO qüvvələrinin gəlməsinə razılıq verməsindən gedir”. 

 

Rusiya tərəfinin bunda maraqlı olmadığını vurğulayan politoloqun sözlərinə görə, Putinin ümumiyyətlə, ərazilərin ilhaqını istədiyini qeyd edib. Həmsöhbətimiz eyni zamanda Rusiya liderinin Ukraynanın neytral ölkə kimi qalmasını, Avropa İttifaqı və NATO-ya üzv olmamasını şərt qoyduğunu da sözlərinə əlavə edib:

 

“Əslində ötən gecədən etibarən Rusiyanın Polşa sərhədlərində hava məkanını pozması, PUA-larla bu ərazilərə kəşfiyyat uçuşları keçirməsi onu göstərir ki, Putin belə bir güzəştə getmək niyyətində deyil. Bu Trampa da gözdağı kimi xarakterizə edilə bilər. Amma bütün hallarda Ukrayna prezidenti Volodimir Zelenski bir saziş imzalayacaqsa, mən bunu birmənalı kapitulyasiya sazişi kimi qiymətləndirmirəm. Çünki onsuz da müharibə bir gün bitməlidir və müharibələr hər zaman heç də haqlı tərəfin qələbəsi ilə bitmir. 

Misal üçün Azərbaycan və Ermənistan 90-cı illərdə atəşkəs sazişi imzaladı və defakto olaraq işğalı tanımış oldu. Amma bu o demək deyil ki, Azərbaycan kapitulyasiya sazişi imzaladı. Faktiki olaraq biz 20 ildən artıq bir müddət sonra torpaqlarımızı işğaldan azad etdik. 44 günlük müharibə və lokal xarakterli antiterror əməliyyatları ilə torpaqlarımız işğaldan azad edildi. Belə bir vəziyyətdə biz Ukrayna üçün də deyə bilərik ki, əldə ediləcək sazişi kapitulyasiya adlandırmaq doğru olmaz. Çünki dövlətlərin varlığı xalq üçündür. Əgər o müharibədə xalq kütləvi şəkildə həyatını itirirsə və gələcəkdə demoqrafik vəziyyət də yaranacaqsa, belə bir müharibəni bitirmək indiki məqamda zəruridir. Əldə ediləcək sazişin ehtiva etdiyi mənanın nə olmasından asılı olmayaraq bu, Ukrayna üçün zəruri bir şeydir. Bunu kapitulyasiya kimi təqdim etmək doğru deyil". 

 

Ekspert Zelenskinin öldürülmə ehtimalından da danışıb. O qeyd edib ki, Zelenski prezidentlik dönəmindən öncəki peşəsinə qayıda bilər:

 

"Belə bir sazişin imzalanması Zelenskinin öldürülmə riskini artıracaq mı? Sual yaranır ki, Zelenski niyə öldürülməlidir? Müharibəni Zelenski başlatmayıb və Zelenski heç vaxt müharibənin olmasını istəməzdi. Hər halda müharibəni başlatmaq Zelenskinin işi deyildi. Zelenski təkbaşına bu qərarı vermək ixtiyarına sahib olmayıb. Bundan sonra Zelenskinin öldürülməsi absurd bir iddia olar. Ona qarşı sui-qəsd törədilməsi sadəcə mümükün versiyadır. Onsuz da Putin üçün Zelenski ciddi bir fiqur deyil. Hər nə qədər ona meydan oxuyub müharibəyə edilsə belə, Putin Zelenskini öldürmək istəməyəcək. Ən yaxşı hal Ukrayna prezidenti Volodimir Zelenskinin baş verənlərdə günahkar görülüb həbs edilməsi ola bilər. Amma belə bir hal baş verərsə, Volodimir Zelenski Avropaya qaçacaq və orada siyasi mübarizəsinə davam edəcək. Ya da öz köhnə peşəsinə qayıda bilər”

 

Niyaz Hacıyev
 

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR