"Vaşinqton səfəri bütövlükdə region üçün tarixi əhəmiyyət daşıyıb"- Vüqar Bayramov

"Vaşinqton səfəri bütövlükdə region üçün tarixi əhəmiyyət daşıyıb"- Vüqar Bayramov
Kateqoriya məlum deyil
T

Cənab Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan tarixi uğurlara imza atır. 

 

Sfera.az xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən növbədənkənar sessiyası çərçivəsində xüsusi iclasında deputat Vüqar Bayramov deyib.

 

Onun sözlərinə görə, ABŞ Prezidenti Donald Trampın dəvəti əsasında baş tutan Azərbaycan Prezidenti cənab İlham Əliyevin Vaşinqtona səfəri yalnız ölkəmiz üçün deyil, bütövlükdə region üçün tarixi əhəmiyyət daşıyıb:

 

"Səfər zamanı Azərbaycan və Ermənistan sülh gündəliyi ilə yanaşı, ölkəmiz ilə ABŞ arasında strateji tərəfdaşlığın gücləndirilməsi məsələləri xüsusi müzakirə mövzusu olması da məhz regionda yeni əməkdaşlıq səhifəsinin yaradıldığından xəbər verdi".

 

Millət vəkili qeyd edib ki, Azərbaycan Prezidenti İlham Əliyevin rəhbərliyi ilə dövlətimiz regionda yeni düzənin formalaşmasına və möhkəmlənməsinə nail ola bilib.

 

Əlavə edib ki, Azərbaycanın ərazi bütövlüyünü və suverenliyini tam bərpa edən, Qarabağı və Şərqi Zəngəzuru işğaldan azad edən gənclər ulu öndər Heydər Əliyev məktəbinin, möhtərəm Prezident İlham Əliyev idarəçiliyinin yetirmələridir.

 

V.Bayramov nəzərə çatdırıb ki, Azərbaycan MDB-də münaqişəyə məruz qalan ölkələr arasında ərazi bütövlüyünü və suverenliyini tam bərpa edən ilk ölkədir:

 

"Bütün bunlar, cənab Prezident İlham Əliyevin siyasi təmkini, beynəlxlaq arenada böyük diplomatik nüfuzu, hərb meydanında qəbul etdiyi cəsarətli qərarlar sayəsində mümkün oldu".

 

Azərbaycanın hərb meydanlarında əldə etdiyi zəfərin Prezidentin rəhbərliyi ilə həyata keçirilən çox vektorlu xarici siyasət ilə daha da möhkəmləndiyini deyən V.Bayramov bildirib ki, Vaşinqton görüşü Azərbaycan diplomatiyasının yeni uğuru idi. 

 

"Görüşdən sonra ABŞ liderinin cənab İlham Əliyevə təqdim etidyi şəkillərin üstünə: “İlham Əliyev, Siz böyük liderisiniz”- sözlərini yazaraq imza atması da məhz möhtərəm Prezidentin şəxsi nüfuzunu və onun rəhbərliyi ilə inkişaf edən ölkəmizin gücünü göstərir".


Firuzə Əliyeva
Sfera.az


 

PAYLAŞ