"Rəsulzadə, Nərimanov, Bağırov sağ olsaydılar, İlham Əliyevi lider görərdilər" - Zahid Oruc

"Rəsulzadə, Nərimanov, Bağırov sağ olsaydılar, İlham Əliyevi lider görərdilər" - Zahid Oruc
Kateqoriya məlum deyil
T

"İmzalanan sənəddə Tramp yolu adlanan Zəngəzur dəhlizinin açılması regionu beynəlmiləl döyüşlərin meydanına, geosiyasi toqquşmalara deyil, hamının qazanacağı tranzit qovşağına çevirəcək".

 

Sfera.az xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən növbədənkənar sessiyası çərçivəsində xüsusi iclasında deputat Zahid Oruc deyib.


Onun sözlərinə görə, Naxçıvanla maneəsiz, heç bir sərhəd yoxlaması olmadan birləşmək babalarımızın məğlub taleyini dəyişdirmək deməkdir:

 

 

"Əgər Rəsulzadə, Nərimanov, Bağırov sağ olsaydılar, onların portreti altında prezidentə yol göstərənlərə deyərdilər: "İlham Əliyev bizim itirdiklərimizi qaytardığı üçün bütün əsrlərin lideridir". Ağ Ev Zirvəsinin nəticələrini 100-dən çox dövlət, 10-larla beynəlxalq təşkilat alqışlayıb, deməli, Qələbəmizi onlar da tanıyıblar. 
Vaşinqton görüşünün ən böyük uğurlarından biri də onun məxfi, uzun illər regionda böyük kəşfiyyat şəbəkələri olan dövlətlərdən gizli aparılmasıdır. 1999-cu ildə Ermənistan parlamentinin gülləbaran edilməsini bir daha xatırlayanda, sui-qəsdlərsiz sülhü qazanmaq böyük nailiyyətdir".

 

Deputat bildirib ki, Azərbaycan təkcə torpaqlarını geri qaytarmadı, həm də  çoxəsrlik Qarabağ savaşını bitirdi:

 

"Qafqazın ən uzunömürlü müharibəsi tarixə qovuşdu. Bölgəni daima konfliktlərlə idarə edən, fobiyalarla yönəldənlər “Əliyevin sülh müqaviləsi”nin qarşısını ala bilmədilər". 

 

Onu da qeyd edib ki, Qarabağın qlobal gündəlikdən çıxması əsrlərdir savaşlara xərclənən sərvətlərimizi yeni Vətən quruculuğuna, Böyük Qayıdışa yönələcəyini deməyə imkan verir:

 

"20 sentyabrda İrəvanda hakimiyyəti devirmək üçün Xankəndini könüllü tərk edəndən sonra son 300 ildə ilk dəfə erməni məsələsi Azərbaycanın coğrafi hüdudlarından kənara çıxarılıb, milli dövlətimizi dağıdan mina  və beynəlxalq təzyiq aləti kimi rolunu itirib".

 
 

Firuzə Əliyeva
Sfera.az


 

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR