"Donald Tramp Azərbaycanla olan ünsiyyətdən məmnundur"

"Donald Tramp Azərbaycanla olan ünsiyyətdən məmnundur"
Kateqoriya məlum deyil
T

"Amerika və Azərbaycan müqayisəolunmaz şəkildə fərqli ölkələrdir. Lakin Vaşinqtonda baş tutan dialoqlarda aydın hiss olunurdu ki, Donald Tramp bu ünsiyyətdən məmnundur. Bu səmimi təmas sabah ölkələrimiz arasında münasibətlərin daha da dərinləşməsinə şərait yaradacaq".

 

Sfera.az xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən növbədənkənar sessiyası çərçivəsində xüsusi iclasında sədr müavini Rafael Hüseynli deyib.

 

R.Hüseynli qeyd edib ki, Prezident İlham Əliyev yalnız Azərbaycanın deyil, həm də sabahın daha güclü Cənubi Qafqaz qurucusu kimi dəyərləndirilməlidir:

 

"Qarşılıqlı iqtisadi maraqlar münasibətlərə müsbət təsir göstərəcək və əməkdaşlığa yeni töhfələr verəcək".

 

Millət vəkili nəzərə çatdırıb ki, ABŞ-nin həm 45-ci, həm də 47-ci prezidenti eyni adam olsa da, bu günün Trampı ölkəsini zəifləmiş təşkilatlardan azad etməyə çalışır, konkret addımlarla sülhə və yaxınlaşmaya yönəlir. 


Firuzə Əliyeva
Sfera.az


 

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR