Ermənistan Amerika ilə "Tramp yolu" barədə müzakirə aparacaq
Kateqoriya məlum deyil
Yaxın gələcəkdə Amerika tərəfi ilə "Tramp yolu"nun həyata keçirilməsi ilə bağlı müzakirələr planlaşdırılır.
Sfera.az xəbər verir ki, bu barədə "Azadlıq Radiosu"nun erməni xidmətinə Ermənistan XİN-in mətbuat katibi Ani Badalyan məlumat verib.
Onun sözlərinə görə, amerikalıların İrəvana səfəri və aparılan müzakirələr barədə yaxın vaxtlarda məlumat veriləcək.






