Rubinyan: "Vaxtı gələndə açıqlama veriləcək"

Yaxın günlərdə Ermənistanda Ermənistan və Türkiyənin xüsusi nümayəndələri arasında görüş baş tutacaq.
Sfera.az xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Ermənistan Milli Assambleyasının sədr müavini, ölkənin Ermənistan-Türkiyə münasibətlərinin normallaşdırılması prosesində xüsusi nümayəndəsi Ruben Rubinyan deyib.
Amma Rubinyan heç bir təfərrüat verməyib, vaxtı gələndə açıqlama veriləcəyini qeyd edib.
Bildirilib ki, qarşıdan gələn görüşdə Ermənistan-Türkiyə münasibətlərinin normallaşması prosesində bütün məsələlər, atılan və atılan müvafiq addımlar müzakirə olunacaq.
Rubinyan xatırladıb ki, bu məsələ ilə bağlı son iclasda Qars-Gümrü dəmir yolunun texniki parametrləri müzakirə edilib, həmçinin Ermənistan və Türkiyə arasında olan tarixi Ani körpüsünün bərpası planlaşdırılır.
Ruben Rubinyan isə bu görüşün Ermənistanda dəqiq harada keçiriləcəyini açıqlamayıb.
Firuzə Əliyeva
Sfera.az






