Rusiya nəyə və hara tələsir?

Rusiya nəyə və hara tələsir?
Kateqoriya məlum deyil
T

Son günlər Rusiyanın Ukraynaya hücumlarının intensivliyi xeyli artıb. Hərbi əməliyyatlarda daha çox kamikadze dronlarından istifadə edilir, hətta artıq hökumət binaları da hədəfə alınıb. İlk dəfə olaraq Ukrayna Nazirlər Kabinetinin binasının vurulması diqqət çəkib. 

 


Bu vəziyyət bir çox sual doğurur: Rusiya nəyə tələsir və hücumların intensivləşməsinin səbəbi nədir?

 

Məsələ ilə bağlı Sfera.az-a danışan siyasi şərhçi Tural İrfan bildirib ki, Moskvanın artan hücumlarının arxasında həm taktiki, həm də siyasi məqsədlər dayanır:

 

“Rusiya başa düşür ki, beynəlxalq aləm səfərbər olmağa hazırlaşır. ABŞ və Avropa İttifaqının mövqeyi kifayət qədər sərtdir, təsir rıçaqlarının işə salınması artıq an məsələsidir. Moskva isə həlledici qərarlar verilməzdən öncə mövqeyini gücləndirməyə çalışır. Ona görə də hücum planları sürətlə artırılır. Rusiya danışıqlarda üstün mövqedən çıxış etmək və daha çox güzəşt əldə etmək üçün hərbi təzyiqi maksimuma çatdırmağa çalışır”.

 

Siyasi şərhçinin sözlərinə görə, ABŞ və Avropa Birliyi Rusiyaya qarşı müəyyən addımlar atsa da, bu təsirlərin effektiv olmaması Moskvanın daha sərt hərbi həmlələrinə yol açır:

 

“Çeçenistan rəhbərliyinin Ukraynanın Rusiyaya birləşməsi ilə bağlı çıxışları, eləcə də Çin, İran və Şimali Koreyanın Moskvaya hərbi dəstəyi onu göstərir ki, Qərbin zəif və nəticəsiz dəstəyi vəziyyəti dəyişmir. Əgər ABŞ və Avropa İttifaqı daha effektli addımlar atmasa, Ukrayna ciddi təhlükə ilə üz-üzə qala bilər. Artıq Avropa qoşunlarının Ukraynaya daxil olması məsələsi reallığa çevrilə bilər”.

 

Firuzə Əliyeva
Sfera.az

 

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR