Rusiya-Azərbaycan münasibətləri tezliklə normallaşmayacaq - Ekspert

Rusiya-Azərbaycan münasibətləri tezliklə normallaşmayacaq - <span style="color:#ff0000">Ekspert</span>
Kateqoriya məlum deyil04.09.25, 11:3933 👁️
T

Rusiya-Azərbaycan münasibətlərinin normallaşması üçün ilk növbədə rəsmi Kreml AZAL təyyarəsinin vurulması ilə bağlı rəsmi üzr istəməli və təzminat ödəməlidir. 

 

Sfera.az xəbər verir ki, bu sözləri politoloq Məhəmməd Əsədullazadə açıqlamasında deyib.


O bildirib ki, Çində Prezident İlham Əliyevlə Vladimr Putinin ayaqüstü salamlaşması təsadüfi idi. Bu təsadüfi və ayaqüstü əl sıxışmaqdan böyük nəticələr gözləməyə dəyməz. 

 


“Təbii ki, Azərbaycan Rusiya ilə münasibətlərin gərginləşməsində maraqlı deyil. Azərbaycanla Rusiya qonşu ölkələrdi və tərəflər arasında bir çox sahələrdə əməkdaşlıq yüksək səviyyədə olub. Amma, Rusiya Azərbaycanın müstəqil siyasət aparmasını qəbul etmir və Cənubi Qafqazda yeni geosiyasi nizamı narahatlıqla qarşılayır”. 


Politoloq qeyd edib ki, Rusiyanın AZAL təyyarəsinin vurulmasının üstündən keçərək, əvəzində bir neçə rusun həbsdən azad olunmasını tələb etməsi isə siyasi etika qaydalarına ziddir. 


“Rusiya özü Azərbaycanla fundamental problemlər yaradıb. Bunu aradan qaldırmaq üçün ciddi addımlar atmalıdır. Göründüyü kimi, Rusiyanın anti-Azərbaycan siyasəti öz əleyhinə çevrilib. Putin mətbuat konfransında siyasi böhranı etiraf etsə də, konkret addımlar atmır. Ümumiyyətlə, Rusiya yaxın perspektivdə AZAL təyyarəsi ilə bağlı Azərbaycandan rəsmi üzr istəməsi və təzminat ödəməsi gözlənilmir. Rusiya Ukraynada ağır nəticələrlə üzləşdiyi fonunda Azərbaycanla siyasi böhranın aradan qaldırılması üçün addımlar atması mümkündür. Azərbaycan mövqeyini kifayət qədər gücləndirib. Azərbaycan Cənubi Qafqazda geri dönüşü olmayan yeni geosiyasi reallıqlar yaradıb. Azərbaycan Orta Dəhlizin səmərəliliyinin artırılması və nəqliyyat qovşağı kimi Avropa İttifaqının, ABŞ və Çinin dəstəyini alıb. Belə olan təqdirdə Rusiyanın Azərbaycana təzyiqləri heç bir nəticə verməyəcək”, - deyə politoloq bildirib.


Bəsti Rəfizadə
Sfera.az

PAYLAŞ
Sehliyali
Yüklənir...