Rusiya–Azərbaycan münasibətlərində gərginlik: Kim kimə güzəştə getməlidir?

Rusiya&ndash;Azərbaycan münasibətlərində gərginlik: <span style="color:#ff0000">Kim kimə güzəştə getməlidir?</span>
Kateqoriya məlum deyil04.09.25, 08:585 👁️
T

Rusiya XİN sözçüsü Mariya Zaxarova son açıqlamasında bildirib ki, Bakıda həbs olunan rusiyalıların azad edilməsi Moskva-Bakı münasibətlərinin normallaşması üçün mühüm addım ola bilər. Bu açıqlamadan aydın şəkildə görünür ki, Rusiya regionda güc mərkəzi kimi davranır və münasibətlərin tonunu özü müəyyən etməyə çalışır. Halbuki faktlar göstərir ki, münasibətlərdə zərbə alan tərəf çox vaxt Azərbaycan olub – istər “AZAL” təyyarəsinin vurulması, istər Rusiyada yaşayan azərbaycanlıların hüquqlarının pozulması, istərsə də müxtəlif siyasi təzyiqlər. Buna baxmayaraq, indi barışıq üçün şərtləri Rusiya irəli sürür.

 

Bu isə həm ictimaiyyət, həm də ekspert dairələri üçün maraqlı sual doğurur: kim kimə güzəştə gedir və bu güzəştlərin arxasında hansı maraqlar dayanır?


Milli Məclisin deputatı Hikmət Babaoğlu məsələ ilə bağlı Sfera.az-a açıqlama verib.

 

O, hesab edir ki, münasibətlərdə yaşanan gərginliyin kökü bir hadisəyə – Azərbaycanın mülki aviasiya təyyarəsinin vurulmasına gedib çıxır:


Rusiya–Azərbaycan münasibətlərində gərginliyin artması heç şübhəsiz Rusiyanın atdığı hüquqazidd addımlarla bağlıdır. Hər şey ondan başladı ki, Azərbaycanın mülki aviasiya təyyarəsi Rusiya səmasında vuruldu. Bu cinayətin üstü ört-basdır edilməyə çalışıldı. Halbuki belə ağır bir hadisə yalnız münasibətləri deyil, xalqlar arasında etimadı da ciddi şəkildə sarsıtdı”. 

 


Deputatın sözlərinə görə, bu hadisədən sonra Rusiyada yaşayan azərbaycanlıların hədəfə alınması, onların təqib və hətta zorakılığa məruz qalması, bir çox hallarda isə hüquqlarının qorunmaması prosesi başlayıb:
 
“Rusiyada yaşayan azərbaycanlılara qarşı təzyiqlər artdı. Diaspor rəhbərləri, fəallar hədəf seçildi, hətta öldürülən soydaşlarımız oldu. Bunlar qonşuluq və dostluq prinsiplərinə zidd addımlardır. Azərbaycan isə müstəqil dövlət kimi öz vətəndaşlarını müdafiə etdi, onların arxasında dayandı. Bu, həm də dövlətin suverenlik mövqeyini nümayiş etdirdi”.


H.Babaoğlu qeyd edir ki, Rusiya əgər Azərbaycanda həbs olunan vətəndaşlarının azad edilməsini istəyirsə, analoji addımı özü də atmalı, azərbaycanlı fəalları və diaspor rəhbərlərini azad etməlidir, bu proses paralel şəkildə getməlidir. Deputat bildirdi ki, əks halda birtərəfli güzəştlər münasibətlərdə balansı pozar. 

 

Politoloq Samir Hümbətov isə hesab edir ki, Moskvanın açıqlamaları “günahkar Azərbaycan” obrazı yaratmağa hesablanıb: 


“Rusiya tərəfinin açıqlamalarına baxanda sanki belə təsəvvür yaranır ki, guya bütün günah Azərbaycandadır. Halbuki 25 oktyabr 2024-cü ildə baş verən hadisə – AZAL təyyarəsinin vurulması nəticəsində 38 dinc sakin həyatını itirdi. Onların arasında ruslar da, digər millətlərdən olanlar da var idi. Belə bir faciə yaşandığı halda, Rusiyanın üzərinə məsuliyyət götürmək əvəzinə şərtlər irəli sürməsi həm absurd, həm də siyasi baxımdan qeyri-ciddi görünür”. 

 


Ekspertin sözlərinə görə, bu, Moskvanın uzun illərdir davam etdirdiyi “böyük qardaş” siyasətinin yeni formasıdır: 


“Rusiya çalışır ki, bütün region xalqlarına və dövlətlərinə “siz bizdən asılısınız” mesajını versin. Bu, klassik imperial yanaşmadır. Amma bu günün reallığında belə siyasət nə regional sabitliyə, nə də əməkdaşlığa xidmət edə bilər. Azərbaycanın şərtləri aydındır – vurulan təyyarəyə görə üzr istənilməlidir, rusiyadakı azərbaycanlılara qarşı təzyiqlərə son qoyulmalıdır. Azərbaycan heç vaxt münasibətlərin gərginləşməsinin tərəfdarı olmayıb. Əksinə, dövlətimiz normallaşmanı dəstəkləyir. Amma bu yalnız qarşılıqlı hörmət və bərabərlik əsasında mümkündür. Əgər Moskva bu prinsipləri qəbul etməsə, münasibətlərin düzələcəyini gözləmək sadəlövhlük olar”. 


Güzəştlər birtərəfli ola bilərmi?


Ekspertlərin fikirləri göstərir ki, Rusiya–Azərbaycan münasibətlərində mövcud gərginliyin əsas yükü Moskvanın üzərindədir. Buna baxmayaraq, Rusiya tərəfi öz məsuliyyətini qəbul etmək əvəzinə, şərtləri diktə etməyə çalışır. Azərbaycan isə normallaşma prosesində qarşılıqlı addımların atılmasının vacibliyini vurğulayır.


Bəsti Rəfizadə
Sfera.az

PAYLAŞ
Sehliyali
Yüklənir...