Polşanın ifrat sağçı “Konfederasiya” partiyasının nümayəndəsi David Szostak (Şostak) siyasi səhnəni tərk etmək qərarına gəlib. O, bu qərarı transgender qadın olan məşhur model Miçalina Manios ilə romantik münasibətdə olduğu üçün verib. Cütlük münasibətlərini açıq şəkildə təsdiqləyib və birgə planlarından danışıblar.
Sfera.az bildirir ki, əvvəllər özünü mühafizəkar və ənənəçi kimi təqdim edən keçmiş siyasətçi şəxsi həyatında xoşbəxtlik naminə siyasi karyerasını bitirməsi ilə bağlı çoxlarına sürpriz olan açıqlama verib. Mediaya müsahibəsində cütlük necə tanış olduqlarının təfərrüatlarını açıqlayıb.
Miçalina Manios üçüncü yeri tutduğu "Polşanın səsi" və "Top model" televiziya layihələrində iştirakı sayəsində məşhurlaşıb. Daha sonra reklam sahəsində çalışsa da, sonradan təhsilə diqqət yetirərək ictimai həyatdan uzaqlaşıb.
"Bizi emosionallıq, dərin söhbətlər və ortaq dəyərlər bir araya gətirdi" - deyə Şostak münasibətin motivlərini açıqlayıb.
Manios hekayələrinin başlanğıcı ilə bağlı bəzi təfərrüatları əlavə edib:
“Hekayəmiz internetdə tanış olmaqdan başladı, zaman keçdikcə əsl romantikaya çevrildi”, - deyə model bildirib.
David Şostakın daha əvvəl sosial mediada özünü katolik, polyak və millətçi adlandırdığı mühafizəkar fikirlərinə baxmayaraq, onların münasibətlərində inancın vacibliyini vurğulayıb.
"İkimiz də inanclıyıq, amma açıq fikirliyik. Mən kafirlə münasibət təsəvvür edə bilmirəm. Gələcəkdə kilsədə evlənməyimizə heç nə mane olmur. Burada heç bir məhdudiyyət yoxdur", - deyə eks-siyasətçi bildirib.
"Miçalina qadındır. Biz tanış olanda belə bir insanı itirə biləcəyimi təsəvvür edə bilməzdim. Bilirdim ki, həyatımı gözəl, dəyərli qadınla bağlamaq şansım var. O, millətin elitasıdır, onun tərcümeyi-halına baxın".
Xanım