Dünya liderlərinin Şanxay toplanışı: Çin özünü sübut etdi

Dünya liderlərinin Şanxay toplanışı: Çin özünü sübut etdi
Kateqoriya məlum deyil
T

Dünya siyasətində mühüm hadisələrdən biri də dünən Çində baş tutan Şanxay Əməkdaşlıq Təşkilatının (ŞƏT) Dövlət Başçıları Şurasının 25-ci Zirvə toplantısı oldu. Qlobal miqyasda böyük maraq doğuran iclasda iştirak edən dövlət və hökumət başçılarının sayı, müzakirə olunan məsələlərin miqyası və imzalanan sənədlər diqqəti cəlb edib.

 

Son illərdə beynəlxalq münasibətlərdə Çin faktoru daha da güclənir və Pekin özünü regional deyil, həm də qlobal güc mərkəzi kimi təqdim etməyə çalışır. Məhz bu baxımdan ŞƏT çərçivəsində keçirilən tədbirlər Çinin artan nüfuzunun göstəricisi kimi qiymətləndirilə bilər. Zirvə görüşündə 20 mühüm sənədin imzalanması isə təşkilatın gələcək fəaliyyətinə dair maraqlı suallar doğurub.

 

Maraqlıdır, bunlar Çinin nüfuzunun artmasının göstəricisi hesab edilə bilərmi?


Mövzu ilə bağlı Sfera.az-a açıqlama verən politoloq Məhəmməd Əsədullazadə bildirib ki, ŞƏT-də bir çox dövlət başçılarının iştirakı Çinin nüfuzunun artmasına gətirib çıxarır. 

 

 

Onun sözlərinə görə, bu təşkilat Qərbin Alyansları ilə rəqabətə girə bilməyəcək:

 

“Çünki ŞƏT üzvləri arasında ciddi konsultasiya yoxdur, Çinin siyasi və hüquqi beynəlxalq dəyərlərə sadiqliyi manipulyasiyadır. Şanxay Əməkdaşlıq Təşkilatının Çinin müəyyən dərəcədə görüntü xarakterlidir. Bundan sonra güclü təşkilata çevriləcəyi gözlənilmir. Əsas güclü iqtisadiyyat, demokratiya, insan aliliyi Qərb alyansındadır və Qərb alyansı kifayət qədər güclüdür”. 


Politoloq qeyd edib ki, Qərb də Rusiya-Ukrayna  müharibəsində birlik olmağa balayıb. Çin bu təşkilatı nə qədər gücləndirməyə çalışsa da, bu, mümkün görünmür.

 

Firuzə Əliyeva
Sfera.az


 

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR