Azərbaycan Əfqanıstana başsağlığı verdi – FOTO

Kateqoriya məlum deyil
T
Azərbaycan Xarici İşlər Nazirliyi Əfqanıstanda baş vermiş dağıdıcı zəlzələ ilə bağlı başsağlığı verib.
Sfera.az xəbər verir ki, bu barədə nazirlik "X" hesabında məlumat yayıb.
"Əfqanıstanda baş vermiş dağıdıcı zəlzələ xəbəri bizi dərindən kədərləndirdi. Həlak olanların ailələrinə dərin hüznlə başsağlığı verir və yaralananların hamısına şəfa diləyirik. Bu çətin zamanda Əfqanıstan xalqının yanındayıq" - paylaşımda qeyd edilib.
Qeyd edək ki, Əfqanıstanın Nanqarhar vilayətinin mərkəzi rayonu Cəlalabad yaxınlığında 6 bal gücündə zəlzələ baş verib.
Zəlzələ nəticəsində 622 nəfər həlak olub, 1 500-dən çox insan yaralanıb.







